İqtisadçılar hökumətə od püskürdü, bahalaşmanı ifşa etdi - Reaksiyalar

 
Tarif Şurasının bahalaşma qərarına sosial şəbəkələrdə müxtəlif təpkilər var
 
Politika.Az xəbər verir ki, ictimai fəallar, siyasi partiyaların üzvləri, iqtisadçılar, cəmiyyətin müxtəlif təbəqəli insanları dərman, işıq və qazın bahalaşmasına etiraz püskürüb.
 
Gündəmin ən aktual hadisəsini bu qərarlar olduğunu nəzərə alaraq həmin çıxışlardan bəzilərinin xülasəsini hazırlanmışıq.
 
İqtisadçı ekspert Natiq Cəfərli: “Əgər siz ayda qaz üçün 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra ikiqat ödəyəcəksiniz. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra idi ödədiyiniz məbləğdən 55% daha çox ödəniş edəcəksiniz.
 
Yəni, bu gün hər ay qaza 13 manat, işığa 18 manat - cəmi 31 manat ödəyən ailə, gələn ildən qaza 26 manat, işığa 28 manat - cəmi 54 manat ödəyəcək.
Sadə hesablama qaydası belədir. Hə, onu deyim ki, hər sahədə 90-lara dönürük, indidə yenidən "şotçiki" geri fırlatma dövrü başlayacaq. Xalqımız kreativdir, çarəsini tapacaq”.
 
İqtisadçı Qadir İbrahimli: “Analoqsuz iqtisadiyyat silsiləsindən - Azərbaycan Rusiyadan qaz idxal edəndə, 1 kubmetr qaz 0,6 qəpiyə əhaliyə satılırdı. indi Azərbaycan qaz ixrac edir və qaz əhaliyə 20 qəpiyə satılırdı. Yəni qazın qiyməti düz 33 dəfə bahalaşıb.
 
Bu arada biz ayda 500 kubmetr qaz istehlak edirik. 7 ayda bu göstərici 3500 kubmetr olur. Təbii ki, bu aylarda qaz istehlakının artması evin istilik təhcizatı ilə bağlıdır. İlin qalan 5 ayında isə istehlak 50 kubmetrə çatır.
 
Bu hesabla biz ildə 3750 kub metr qaz istehlaj edirik. Deməli, bunun 1500 kubmetrini 10 qəpikdən, 2250 kubmetrini isə 20 qəpikdən ödəməliyik. Bu hesabla indiki tariflərlə biz ildə 375 manat ödəyirdik. Yeni tariflərlə isə ildə 600 AZN ödəməliyik”.
 
İqtisadçı Rövşən Ağayev: “Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək. eft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil.
 
Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdur.
 
Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir.
 
Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür. İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi”.