İqtisad Universitetinə şortiklə girmək istəyən tələbəyə "od qoydular"

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Hacı Zeynallı şikayət məktubu göndərib.
 
 
Tələbə şikayətində deyir ki, universitetə şortiklə daxil olan zaman mühafizəçilər ona mane olub. Və heç bir səbəb gətirmədən, onu universitetə buraxmayıblar.
 
Tələbə Hacı Zeynallı bildirir ki, ADA Universitetində bu problem yoxdur. Belə olduqda tələbələr arasında ayrıseçkilik sayılır.
 
Məsələ ilə bağlı adı çəkilən universitetin Marketinq və Kommunikasıya Departamentinin baş mütəxəssisi Vüsalə Məmmədova ilə əlaqə saxladıq.
Universitetə artıq bir neçə ildir ki, şortiklə daxil olmaq qadağandır: "Universitetin daxili intizam qaydalarına əsasən bir neçə ildir ki, tələbələrin geyimlərinə nəzarət olunur. Bundan başqa, universitetdə təhsil alan hər bir tələbə bununla bağlı məlumatlandırılır. Əcənəbi tələbələrlə isə indiydək belə problem yaşanmayıb".
 
Redaksiyadan: Hacı Zeynalıya demək istəyirik ki, şortik bizim milli mentalitetimizə ziddir. Bu kimi geyimlər, ölkə gəncliyi arasında milli dəyərlərə hörmətsizlik yaradır. Əsas odur ki, milli dəyərlərə sadiq qalaraq, pul verib imtahanlardan keçsin. Milli adət-ənənimizə xilaf çıxmasın!