İqtidardan yaş senzi şoku: 60-ı keçən minlərlə qulluqçu ixtisar edilir - ÖZƏL

 
Azərbaycan hökuməti mürəkkəb iqtisadi vəziyyətdən çıxmaq üçün müxtəlif qənaət yollarına can atır; Hakimiyyət pensiya yaşının artırılması ilə bağlı prosesə hazırlaşmaqla bərabər, dövlət orqanlarında çalışan yaşı 60-ı keçmiş dövlət qulluqçularını ixtisar etməyi planlaşdırır...
 
Politika.Az-ın əldə ediyi məlumata görə, minlərlə dövlət qulluqçusu işindən azad edilə bilər. Onları yaşı ilə əlaqədar ixtisara salmağa başlayırlar.
 
Məktəblərdə, universitetlərdə, komitələrdə nazirliklərdə və müxtəlif dövlət qulluğunda çalışan yaşlı işçilərdən azad olunmağın vaxtı çatıb.
Hökumət həmin şəxsləri ixtisar etməklə büdcəyə qənaət etmiş olacaq. Çünki minlərlə insan büdcədən maaş alır.
Bu da dövlətin büdcəsində kəsirin olduğu vaxtda sərfəli deyil. Bu Əmək Məcəlləsinin pozulması olsa da, ixtisarlardan ayrı yol qalmayıb.
 
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi 65 yaş müəyyən olunub. Milli Məclisdə Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilərək yuxarı yaş senzinin elmi-tədqiqat müəssisələrinə şamil olunmadığı bildirildi.
 
Politika.Az xatırladır ki, Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.
 
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.
 
Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.
 
Neft pulları nazirləri o qədər tənbəlləşdirib ki, onları yeni rejimə keçirmək çətinləşib, bunu görməmək mümkün deyil. Hətta müşavirələrdə belə bəziləri yerində qurcalanır; bu yaşda saatlarla bir yerdə oturmaq belə çətindir.
 
Əvvəl hər şeyi neft pulları həll edirdi, kabinetdən göstərişlə problemlər yoluna qoyulurdu, indi isə kadrların irəli çıxması zamanı gəlib, amma onlar bu dövrə öyrəşə bilmirlər.

Загрузка...
Загрузка...