İqdırda azərbaycanlı qadınların başına oyun açıldı – Təfərrüat

Baxış sayı: 
395
0  
0  

 
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.
 
Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.
 
İradə Poladova paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.
 
O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.
 
İradə Poladova qadınları İğdır şəhərində yerləşən otellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.
 
Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...