İqbal Ağazadənin Seçki Qərargahı təbliğat kampaniyasını davam etdirir

İqbal Ağazadənin Seçki Qərargahı növbəti məlumatını yayıb. 
Ümid Partiyasının Mətbuat Xidmətindən musavat.com-a verilən məlumatda deyilir:
90 sayİı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin Seçki Qərargahı qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir. İyunun 4-də günün ikinci yarısı Qərargah üzvləri Ağdaş Rayonunun Pirkəkə və Cüvə kəndlərində, iyunun 5-də günün birinci yarısında isə Korarx, Şəkili kəndlərində qapı-qapı təbliğat kampaniyası aparıblar.
Sakinlər ilə görüşən qərargah üzvlərimiz seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.Seçicilər Qərargah üzvlərini mehribanlıqla qarşılayaraq İqbal Ağazadəni tanıdıqlarını, parlament fəaliyyətindən xəbərdar olduqları üçün ona səs verəcəklərini bildiriblər. Artıq seçicilər arasında təbliğat kampaniyasına çoxlu sayda könüllü qoşulanlar var. Namizəd hər gün 100-lə seçici ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayır, seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər.İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri var.
Sakinlər kəndlərdə və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov I müavin olduğu müddətdə bu kəndlərində problemləri həll olunmayıb. Pirkəkə kəndinə qaz xətti çəkilsədə hələ də təbii qaz verilməyib. İşisizlik, içməli su problemi isə çox ciddidir, yolar isə bərbaddır. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər.
İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.