İqbal Ağazadənin imzatoplama prosesi başa çatdı

90 saylı Ağdaş Seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin imzatoplama prosesi sona çatıb. Bu haqda namizədin səlahiyyətli nümayəndəsi Rüfət Muradlı öz Facebook səhifəsində məlumat verib.
“YAP namizədinin “quldur” dəstələri yaratmaqla qarşımıza çıxardığı əngəllərə, saysız hədələrə, izləmələrə baxmayaraq Ümid Partiyası olaraq 28 saat ərzində 90 saylı Ağdaş seçki dairəsindən  deputatlığa namizədimiz İqbal Ağazadənin qeydiyyata alınması lazım olan  imzaları toplaya bildik. İmzatoplama mərhələsində bizə etimad göstərən, öz qonaqrəvərlikləri, nəcib davranışları ilə bizi heç də təəcübləndirməyən  bütün ağdaşlılara sonsuz təşəkkürlərimizi bildiririk”, - İqbal Ağazadənin nümayəndəsi yazıb.
Qeyd edək ki, ötən noyabr ayının 1-də 90 saylı Ağdaş seçki dairəsində keçirilmiş seçkilərin nəticələri sonradan ləğv olunmuşdu.