İpoteka krediti ilə ev almaq üçün yeni qaydalar

 
İpoteka Fondunun xətti ilə mənzil alanların aylıq gəlirlərinin hesablanma qaydası dəyişib. Təsdiq olunan yeni qaydalar istər dövlət, istərsə də özəl şirkətlərdə çalışan və stabil əmək haqqı olan şəxslərlə yanaşı, rəsmi iş yeri olmayan sahibkarlara da ipoteka krediti almaq imkanı yaradacaq.
 
Sahibkarlıqla yanaşı, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da yeni imkanlar açılır.
 
Yeni qaydalara görə rəsmi əməkhaqqı ilə paralel vəzifə maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənişlər də nəzərə alınır. Bu şəxslərin orta aylıq əmək haqqı hesablanarkən ipoteka müraciətindən əvvəlki 1 il ərzindəki gəlirləri əsas götürülür.
 
Amma sahibkarlıq və qeyri-sahibkarlıqla məşğul olan şəxslərdə isə bu müddət iki il nəzərdə tutulub.

Загрузка...
Загрузка...