​“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...” - PSİXOLOQ

Baxış sayı: 
144

 
 
Əməkdaşımız bölgələrdə baş verən intihar hadisələriylə bağlı araşdırma yazmışdı. Məlum olmuşdu ki, şəhərə nisbətən bölgələrdə intihar hadisələri daha çox baş verir. Ölkənin xüsusən cənub bölgəsində intihar hadisələri il-ildən çoxalmaqdadı.
 
Moderator.az-a açıqlama verən “Humel” psixologiya mərkəzinin rəhbəri psixoloq Taryel Faziloğlu İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsinin yaşam tərziylə bağlı olduğunu bildirib:
 
“İntihar hadisələrinin şəhərdən çox bölgələrdə baş verməsinin birinci səbəbi həyat tərzi ilə bağlıdır. Böyük şəhərlərdə həyat çox sürətli olduğuna görə, insanların düşünmə zamanı yoxdur. Konkret olaraq sürətli həyat yaşayırlar və sürətli həyat yaşadıqlarına görə də depressiyanı da sürətlə yaşayırlar. Onlar uzün müddət depressiyada ola bilmirlər. Çünki şəhər həyatı istər-istəməz onları hərəkətə gətirir. Amma, bölgələrdə, kənd yerlərində həyat daha sakit axır, yəni yavaş hərəkət edir. Yavaş hərəkət etdiyinə görə də insanların düşünməyə və böhran vəziyyətinə düşərək, daha çox bu vəziyyətdə qalmasına səbəb olur. Ona görə də insanlarda şəhər yerinə nisbətən, bölgələrdə intihar hadisələrinin çox olması bununla bağlıdır. Ümumi abu-hava, insanların bir-birinə olan güvən problemi, insanların psixoloji cəhətdən imunitetinin aşağı düşməsi ümumi bir bəla olsa da, şəhər yerlərindəki reaksiyayla, kənd yerlərindəki reaksiya bir qədər fərqlidir. Şəhər yerlərində sürətli həyat tərzinə daxil olaraq insan düşdüyü depressiyaya özündən asılı olmayaraq daha az zaman ayırır. Amma bölgələrdə və kənd yerlərində zaman çox olduğuna görə buna daha çox zaman ayrılır və nəticədə belə hadisələr baş verir.
 
İnsan bəlli bir uğursuzluq yaşadıqdan sonra zamanla həyat eşqi ölür və insanın həyatda tutunacaq və uğrunda hərəkət etməli olduğu bir şey haqda heç bir səbəbi qalmır. O səbəblər bir-bir neytrallaşdıqca və öz mənasını itirdikcə insanın həyat eşqi də, yaşama hissi də ölür və bir anda beyin dumanlı hala düşür, yəni şüur qapanır. Şüur qapananda beyin qısamüddətli psixoloji iflic yaşayır. Psixoloji iflic yaşayanda, beyində tək aktiv mərkəz ölüm mərkəzi olur. O, anda insanın beynində ölüm mərkəzi aktiv olduğuna görə, verdiyi əmrlər də ölümlə bağlı olduğu üçün insan ölüm barəsində düşünür. Bir müddət sonra ölüm də onun üçün adiləşir və onda insan bu addımı atır”.
 
Vasif Əlihüseyn

Загрузка...
Загрузка...