İnternetə tam qadağa qoyan fətva verildi - Gözlənilməz...

Baxış sayı: 
229
0  
0  

Bütün internet xətləri kəsilir, routerlər sındırılır...
 
 
Yəməndəki hərbiləşmiş husilər hərəkatının dini rəhbəri nəzarətlərində olan ərazidə internetə tam qadağa qoyan fətva verib.
 
Moderator.az yazır ki, bu haqda “Əl-Ərəbiyə” nəşri xəbər yayıb.
 
Müfti Şəms əd-Din Şərəd əd-Din qlobal şəbəkənin bəşəriyyəti əxlaqsızlığa sürüklədiyini əsas gətirərək  belə bir ruhani qərar çıxarıb. Husi yaraqlılarına rastladıqları hər yerdə bütün internet xətlərini kəsmək və “Wi-Fi” routerlərini sındırıb məhv etmək əmri verilib.
 
Səna əyalətinin Hamdan şəhərinin sakinlərinin jurnalistlərə danışdığına görə, husilərin yerli rəhbəri Muhamməd əs-Samini özü şəxsən evləri gəzərək routerləri qırıb. Sakinləri  bu özbaşınalığa qarşı müqavimət  göstərmək istəyən evlər isə atəşə tutulub.
 
Sultan Laçın

Загрузка...
Загрузка...