"İnter Arena"nın adı dəyişdirildi.

Baxış sayı: 
74
0  
0  

"Keşlə" klubunun ev oyunlarını keçirdiyi "İnter Arena"nın adı dəyişdirilib.

Turaninfo.org bildirir ki, stadiona "ASK Arena" ("Azərbaycan Sənaye Korporasiyası") adı verilib.

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.

 
Загрузка...
Загрузка...