​İnstaqramın 49 yaşlı ən seksual qadını - BİHUŞ EDƏN FOTOLAR

49 yaşlı Jaklin Berrido Pizano İnstaqramın ən seksual qadını seçilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Jaklin Berrido Pizano özünü adi qadın adlandırır, lakin İnstaqram istifadəçiləri başqa fikirdədirlər.
Jaklinin 49 yaşının olması, qızları və iki nəvəsi ona sosial şəbəkələrin "Ən seksual qadını" titulunu qazanmasına maneə yaratmayıb.
Cəmi bir il ərzində italyan gözəli İnstaqramın əsl ulduzuna çevrilib. Onun səhifəsində 361 min izləyicisi var. İnstaqram fenomeni öz timsalında göstərir ki, yaşa fikir vermək lazım deyil. Əgər qadın ürəkdən arzulasa, istənilən yaşda valehdici görünə bilər.
Onun sözlərinə görə, gözəlliyini və cavanlığını idmana borcludur. Jaklin idman zalında hər gün 45 dəqiqə məşq edir, həmçinin düzgün qidalanmasına fikir verir. Onun rasionununda meyvə və tərəvəz, ət, balıq və dəniz məhsulları əsas yeri tutur.

Загрузка...
Загрузка...