İnsanları intihara sürükləyən ƏSAS SƏBƏB - Psixoloq tövsiyəsi

Psixoloqlar hesab edir ki, intiharın səbəbi insanların məqsədli şəkildə unutmaq istəyib də unuda bilmədiyi xatirələrlə bağlıdır. Həyatda baş verən hər hansı bir hadisəni xatırlamamaq üzrə unutmaq mümkündürmü? Biz sevmədiyimiz xatirələri yaddaşımızdan necə silə bilərik?
Publika.az oxucularına amerikalı psixoloqların məqsədli şəkildə unutmaq üçün tövsiyə etdikləri üsulları təqdim edir:
İnsanlar uzun müddət onları incidən xatirələri unutmağın yollarını axtarıblar. Bəzən o xatirələri məhz ilk gün özümüz şüuraltı yaddaşımıza həkk edirik. Alimlər iddia edir ki, bir qrup insanlar köhnə xatirələri yenisi ilə əvəz edərək özünə təskinlik verir.

Aparılan müşahidələr onu göstərir ki, insan beyni hər hansı bir hadisəni xatırlamaq istəyərkən, ilk olaraq hadisənin bağlı olduğu insanları, məkanları, digər hadisələri yada salır. Unutmaq və xatırlamaq eyni konteksdə baş verən psixoloji işdir.
Mütəxəssislər hesab edir ki, insanlar xatırlamaq üçün istifadə etdiyi metodları, unutmaq üçün də istifadə edə bilər. İnsanlar özləri qəbul etməsələr belə, pis xatirələri unutmaq istəmirlər. Həyatın hər bir saniyəsi insan üçün dəyərlidir. Bunu ixtiyari olaraq dəyişmək mümkün olsa da, xatirələrimizdə qeyd etdiyimiz bağlantıları silə bilmirik. Keçmişdə xoş olmayan xatirəmiz olan dostumuzu, tanışımızı həyatımızın müxtəlif zamanında yenidən xatırlayırıq. Onunla müəyyən əlaqələr qururuq.
Mövzu ilə bağlı araşdırmalar davam edir. Alimlər mütəmadi olaraq bu mövzuda apardıqları tədqiqatların nəticələrini mediada paylaşacaqlarını bildiriblər.
Könül Cəfərli

Загрузка...
Загрузка...