İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri” hamını təəccübləndirdi- MARAQLI

 
 
 
 
Kanadada  yaşanan sirli hadisə “ölümdən sonrakı həyat necədir, ümumiyyətlə, belə bir həyat varmı?” sualını bir daha gündəmə gətirib.
 
Dünyanın nüfuzlu nəşrlərindən olan “Daily Mail”də yazılanlara görə, adı məqsədli şəkildə çəkilməyən bir vətəndaşın ölü elan edilməsindən 10 dəqiqə sonra beynindəki delta dalğalarının fəaliyyəti qeyd edilib. Xatırladaq ki, insan beynində delta dalğaları normal halda fəaliyyət göstərmir. Yalnız insan dərin yuxuya getdikdə bu dalğalar fəaliyyət başlayır və bu zaman beynin yeganə işlək olan funksiyasına çevrilir.
 
Moderator.az xəbər verir ki, həkimlər bu eksperiment nəticəsində insan öldükdən sonra beyninin daha 10 dəqiqə müddətində yaşadığını üzə çıxarıb. Kanada xəstəxanasında yaşanan hadisə bunu bir daha sübut edib. Belə ki, xəstəxanada ürəyi dayanan və artıq öldüyü elan edilən bir xəstədə beynin fəaliyyəti analiz edilib. Məlum olub ki, ürəyin fəaliyyəti dayansa da, beyin hələ də öz işindədir. Xəstəxananın reanimassiya şöbəsində yaşanan bu hadisəni həkimlər qeyri-adi fakt adlandırıblar. Çünki onların fikrincə, ürəyin dayanmasından sonra insan beyninin 10 dəqiqə ərzində işləməsi çox təəccüblüdür və belə hadisə dünyada bəlkə də ilk dəfə baş verir.
 
Fakta ölkənin Qərbi Otariya Universitetinin tibb mütəxəssisləri də reaksiya veriblər. Onlar dümyasını dəyişən hər 4 insandan üçündə əvvəlcə beyinin, daha sonra isə ürəyin fəaliyyətinin dayandığını bildiriblər.
 
Ən maraqlısı budur ki, ölü insanın işlək beyin dalğalarının fəaliyyəti kompüter vasitəsilə qeyd edilib. Yəni, ürəyin və qan dövranının dayanmasına baxmayaraq, işləyən beyinin fəaliyyəti analiz edilib. Alimlər buradan belə bir nəticəyə gəliblər ki, hər bir insanın beyinində delta dalğaları fərqli olur. Demək, bütün insanların ölümdən sonrakı il 10 dəqiqəsi bir-birinə heç bənzəmir.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...