İnəklərə görə ailəsini atdı - Bu azmış kimi o inək sidiyi içir və hamıya deyir ki...

Baxış sayı: 
320
0  
0  

 
 
Hindistanda 44 yaşlı Vicay Parsana öz inəklərini o qədər sevir ki, onlara görə ailəsini tərk edib. O inanır ki, məhz inəklər onu qumar oynundan asılı qalmaqdan  xilas edib.
 
Vicay Parsana inəklərinə o qədər aludə olub ki, onlarla bir yerdə çimir, bir yerdə yatır, bir yemək yeyirlər. Bu azmış kimi o inək sidiyi içir və hamıya deyir ki, bu sağlamlıq üçün çox xeyirlidir. Vicay deyir ki, 22 gün ancaq sidik içib və özünü çox gözəl hiss edib.
 
İki uşaq atası ailəsini beş ildir ki, tərk edib. O vaxta qədər Vicay qumar oynamaqdan əziyyət çəkib, amma ilk inəyini alandan sonra hər şey dəyişib. İndi ona yalnız inəklər deyil, itlər, dovşanlar, quşlar - iki mindən çox olan heyvanlar məxsusdur. Amma məhz inəklər Vicayın qəlbini fəth edib.
 
“Mənim inəklərə sevgim izaholunmazdır. Mənim üçün inəklərimdən qiymətli heç nə ola bilməz. Onlarla olanda bütün dünyanı unuduram. Onlarla olanda dünyada heç nə məni narahat etmir"
 
Ötən ilin martında Vicay Puname inəyi ilə Arcun kələnin toyunu edib. Toya 5 min qonaq dəvət olunub və toy Vicaya 1,8 milyon rupiyə başa gəlib. Bu il də Vicay qız nəvəsi adlandırdığı buzov Sarsavatiyə ad  günü keçirib və buna 1,5 milyon rupi xərcləyib. Amma öz sevimliləri üçün onun nə vaxta, nə pula heyfi gəlmir.
 
Vicay “Bu gün nəyə nail olmuşamsa, mən inəklərimə borcluyam. Onlara görə mənim maliyyə durumum, sağlamlığım, şəxsiyyətim dəyişdi. Mən hamını inək almağa çağırıram, onda görəcəksiniz ki, həyatınızda hansı dəyişikliklər olacaq” - deyir.

Загрузка...
Загрузка...