​İngiltərədən Qəzzafi ilə bağlı gecikmiş - Etiraf

 
İngiltərənin keçmiş baş naziri Devid Kemeron 2011-ci ildə Liviyaya müdaxilə qərarı verməklə İŞİD-in güclənməsinə səbəb oldu.
 
Axar.az xəbər verir ki, bu barədə İngiltərə parlamentinin Aşağı Palatasının yaydığı hesabatda bildirilib.
 
Hesabatda Kemeronun müdaxilə ilə bağlı normal strategiyasının olmadığı vurğulanıb:
 
“Hərbi əməliyyatlar düzgün kəşfiyyat məlumatı əsasında aparılmayıb. Hökumət mülki şəxslərə qarşı artan təzyiqlərin fərqinə varmadı. Müəmmər Qəzzafinin açıqlamaları əsas götürülərək hərəkət edildi. Hərbçilər radikalları sanki görmədi. Nəticədə Liviyada iqtisadi və siyasi çöküş, insan haqlarının pozulması halları artdı. İŞİD Şimali Afrikada gücləndi”.
 
Qeyd edək ki, Kemeronu iyul ayında Tereza Mey əvəzləyib.