İngiltərə AB ilə siçan-pişik oynayır - Fransa

İngiltərənin Avropa Birliyi ilə siçan-pişik oynaması doğru deyil.
 Axar.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan Mark Ayrault deyib.
 “İngiltərənin yeni baş naziri təcili şəkildə seçilməlidir. Ölkə 50-ci maddəni yenidən tətbiq etməli və qeyri-müəyyənlik dönəmindən çıxmalıdır. Böyük Britaniyanın AB ilə siçan-pişik oynaması doğru deyil. Bu, hörmətə bağlı bir məsələdir. Qeyri-müəyyənlik AB-nin də mənafeyinə uyğun deyil. Bunun siyasi və iqtisadi nəticələrini nəzərə almaq lazımdır”, - Ayrault bildirib.