"İndiki şəraitdə partiyaların xarici müttəfiqlər tapması çox müşkül məsələdir"

 
 
Hər bir ölkənin siyasi həyatında partiyaların, ictimai təşkilatların mühüm rol oynadığı birmənalıdır. Hansı ki, sürətlə qlobollşan dünyamızda şərtlər bütün  sahələr kimi müxtəlif ölkələrin siyasi partiyaları arasında da əməkdaşlığı zəruri edir.
 
Maraqlıdır, Azərbaycanda siyasi partiyaların digər ölkələrin siyasi partiyaları ilə lazımi münsibəti, normal əməkdaşlığı mövcuddurmu? Ümumiyyətlə, müxtəlif ölkələrin siyasi prtiyaları arasında belə bir əməkdaşlıq nə dərəcədə zəruridir?
 
Moderator.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev bu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğuladı:
 
“Təəssüflər olsun ki, ölkəmizdə siyasi partiyaların fəaliyyət dairəsi zaman-zaman məhdudlaşdırılıb və bu proses bu gün də davam etməkdədir. Siyasi partiyalara dövlət tərəfindən maliyyə ayırılmaması, siyasi partiyaların əksəriyyətinin qərargahla təmin olunmaması, xüsusilə müxalif siyasi partiya təmsilçilərinin elektron KİV-lərə buraxılmaması, müxalif siyasi partiyaların dövlət idarəçiliyinə buraxılmaması və s. kimi hallar ölkədə mövcud olan siyasi institutların inkişafını əngəlləyən faktorlardır. Belə bir vəziyyətdə siyasi partiyaların inkişaf etməsi, özünü təbliğ etməsi, fikir və ideyalarını yayması, xüsusilə xarici dövlətlərdə özünə müttəfiqlər tapması çox müşkül məsələdir. Bu gün müxalif siyasi partiyalar Bakıdan regionlara gedib öz üzv və tərəfdarları ilə görüşməyə belə maddi imkanları yoxdur, o ki, qala xarici dövlətlərə gedib özünə tərəfdaş axtarsın. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan müxalifət partiyalarından bir neçəsinin xarici dövlətlərdə özlərinə müttəfiq partiyalar tapıblar və bu gün də onlar arasında bu əməkdaşlıq davam edir. Bildiyimə görə Müsavat Partiyasının Gürcüstanda, Ukraynada və Avropadakı Liberal Demokratiya İttifaqı ilə əməkdaşlıqları mövcuddur, AMİP Beynəlxalq Demokrat İttifaqının üzvüdür və bu ittifaqa daxil olan partiyalarla əməkdaşlıq edir və s. Bu tipli əməkdaşlıqların vacib olub-olmadığına gəldikdə isə hesab edirəm ki, siyasi partiyaların beynəlxalq əlaqələrinin və xarici dövlətlərdə özünün təmayülünə uyğun siyasi partiyalarla əməkdaşlığı normal haldır və hətta bu tipli əməkdaşlıq bizim kimi cəmiyyətlər üçün olduqca vacibdir və bizim buna ehtiyacımız var”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...