“İndiki halda humanizmdən dəm vuranların təpələrinin gülləsi əskikdir”

"Cəmi yüz il bundan əvvəl mədəni qitənin ən dərin filosofu Nitsşe yazırdı ki, kişi döyüşmək, qadın isə ona nəvaziş göstərmək üçün yaradılıb. Ən mədəni qitənin ən mədəni ölkəsi olan Fransanın imperatoru Napoleon isə belə bir fikirlə ölkələri fəth edirdi ki, böyük ideyalar uğrunda kiçik adamları qurban vermək olar. Bu adamların biri Avropanın mənəvi gücünü təmsil edir, o biri fiziki gücünü. İkincisi, dünya tarixində elə bir fakt yoxdur ki, məğlub xalq insanpərvərlikdən dəm vursun".
Bunu açıqlamasında şair Aqşin Yenisey bildirib.
Aqşin Yenisey deyib ki, Azərbaycanda humanizimdən dəm vuranlar mənəvi-tarixi BOMJ-lardır:
"Dmitri Volkoqonovun "Zəfər və faciə" adlı bir əsəri var, Lenin öləndən sonra hakimiyyətə yiyələn Stalin yeni qurulan 7-8 yaşlı sovet dövlətini, sovet həmrəyliyini qorumaq üçün siyasi büroda fikir ayrılığı yaradan, qarğabazarı açan ən yaxın silahdaşlarını müxtəlif bəhanələrlə güllələtdirir. Bu işi nisbətə yumşaq formada Atatürk də Türkiyədə həyata keçirib. Bütün bunlar ictimai-siyasi antisanitariyanın, mənəvi-tarixi BOMJ-luğun qarşısını almaqdan ötrü lazım idi hər iki dövlətə. İndiki halda Azərbaycanda humanizmdən dəm vuranlar mənəvi-tarixi BOMJ-lardır, bircə təpələrinin gülləsi əskikdir".