İndidən bahalşmanın anonsunu vermək olar...!

 
Növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artımı diqqəti cəlb edir. Çünki, növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizini Gömrük Komitəsinin yığımlarından formalaşacaq. Bu 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur. Deməli, bu kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür: (ı) ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır (ıı) gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Olkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə bunun daha da zəifləməsi proqnozlaşdııra bilər. Bu zaman gömrük rüsumlarının artımınının bir üsul olaraq nəzərdə tutulmasını aydınlaşdırmaq çətin olmamalı idi. Açıq etiraf etmək lazımdır ki, bunu hələ növbəti ilin büdcə ilinə start verməmiş başlanmasını gözləmirdik. Açığı burada məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir. Beləliklə gömrük rüsumlarının kəskin artımı haqqında qərar qəbul olundu. Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu addımı bir necə aspektdən qiymətləndirmək mümkündür:

Birincisi. Bu ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək.

İkincisi. İstehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz. Bu ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.

Üçüncüsü. Olkədə manatın daha da dəyərdən düşməsi prosesini bir azda sürətləndirəcək. Okədə yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.
 
 
Dördüncüsü. Gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmənin yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.

Beşincisi. Bu gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki, gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.

Altıncısı. Dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir. Bizdə istehlak bazarında malların qiymət artımı yerli istehsalın inhisar qiymətlərinin diktə olunmasınamı görə artır? Qətiyyən! İdxal məhsullarını daxili bazarında bahalaşdıran 2 səbəbi var: inhisarçılıq və gömrükdəki “korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq “Sizif” əməyidir. Bu səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!