İnam Kərimov: "Bakıda yeni "ASAN Xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur"

"Hazırda Bakıda yeni "ASAN xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur".
Bunu Turaninfo.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov xatırladıb ki, hazırda Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi var: "Onlardan 5-i paytaxtda yerləşir. Bakıda olan mərkəzlər bütün vətəndaşlara xidmət göstərə bilir, bu səbəbdən də paytaxtda yeni mərkəzin açılması gözlənilmir. Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq".