İmişlidən şikayət...! Prezident və nazirlərə müraciyət etdilər

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cənablarına
 
Surəti:Fövqaladə Hallar naziri cənab Kamaləddin Heydərova
 
Surəti:Vergilər naziri cənab F.Məmmdova
 
Surəti:Əmlak və Torpaq Məsələləri üzrə nazir cənab K.Həsənova
 
Surəti: Korrupsiyaya Qarşı Mübarizə İdarəsi sədri cənab K.Əliyevə
 
Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin məsul üzvü, jurnalist, İmişli şəhəri L.Vəliyev küçəsi 38saylı evin sakini Zülfüqarov Məhbub Əvəz oğlu tərəfindən
 
İmişlini 1990-cı illərə qədər yoxsul və layiq olmayanlar, hazırkı zənginləşmiş oliqarx arxalılar özəlləşdirib.
 

16-22 sentyabr 2016-cı il “Gündəm-Xəbər” qəzetinin 34 cü sayında gedən, “Sənin qapına hamilə qadın sifətində gəlmişdim” dərc olunmuş məqaləyəgörə İmişli bazar, eləcədə İmişli mal bazarı, ərazisi 16 hektar olan “Esto” ərazisindəki avtomaşın təmiri, İmişli RTS-inin 20 hektar ərazisi, fermaları, Bakıda klinikası və s. Olan sahibkarr Əziz Quliyev 6 saylı MnSk üzvü Əvəz Zülfüqarovun bazar ərazisində olan yerlərinin qiymətini 80 manat qaldırıb. Mənə görə yaxınlarımdan qisas alıb.Əvvala, qardaşım oğlu dövlətə yaxın xırda sahibkardır. Məni 2001-ci il İmişli “polisinə müqavimət” adı ilə 15 gün həbs etdirən 25 sentyabr 2009-cu il əvvəlcə 1472, 148 CPM-nin maddələri ilə məhkəməyə çəkən, yazı ona aid olmasada söykəndiyi Naçıvanlı iş adamı Bəy Mamed İsmayılovun nüfuzundan küllü sui-istifadə edən bu adam nə qədər çalışdısa da məhkəmə maddəni 1471 -ə dəyişib mənə bir il hökm oxudu. Əvvala “Bağışlamaq ağa, qisas almaq qul təbiətinə malik” olmanı atalar deyib. Mənə qarşı qisasın varsa qardaşımın nə günahı var. Bu adam 2005-ci il yer haqqına görə, İmişli bazarında ehtiraz edən sahibkarlara divan tutdu, Əlbəttə polis və məhkəmələrin əli ilə hamsını bazardan qovdu. Biri Oqtay adlı sahibkar dünyasını dəyişdi. Təzəlikcə isə yer haqqı 200-300 manatı ödəyə bilməyən onlarla,sahibkar iş yerlərini müflis olub tərk etdilər. Apteklər 500-800 manat, mağazalar 200-400 manat, baytarlıq aptekləri 300 manat, bazarda kartof satan polkalara görə 2-4 manat, tərəvəz satanlar 4-6 hətta 10 manat ödəyənlər var, ödəyə bilməyənlərin aqibəti məlumdur. Bazar qarşısında yük maşınlarıda kartof-soğan, meyvə tərəvəz satanlar isə 10 manat yer haqqı ödəyir. 70 yaşlı qoca qadın mənə ağlayaraq bildirdi ki; “Ay bala, tezdən saat 07-dən, axşam saat 18- ə qədər polkada badımcan, tərə və s. xırda məhsula görə, 4 manat ödəyirəm, elə olur ki, gün ərzində mənə pul qalmır”-dedi.
 
Vergilər naziri Fazil müəllimdən rica edirəm. Bu adam bu qədər əmlaklara görə nə qədər vergi ödəyir? Eləcə də, DSMF-ƏƏSMM naziri S.Müslümovdan sorğu edirəm, nə qədər dövlətə haqq ödəyir?
 
Əziz Quliyev bazarı məhkəmələr yolu ilə 2000- ci ilin noyabrında Rüstəm Əvəzovdan 6 il, bazar müdirindən aldı, onlarda Avropa Məhkəməsinə qədər şikayət etdilər. Mərhum Rüstəm mənim dostum idi, 2001-ci il Ulan-Udedə əsəbləri dözmədi. Hətta o, vaxt Əmlak naziri olmuş Fərhad Əliyev belə bir ifadə işlətmişdi: “Ölkədə halallığı olmayan, 3 obyekt var ki, biridəİmişli bazarının hazırki sahibi Əziz Quliyev məhkəmələr yolu ilə alıb”-demişdi. Az müddətə milyonerə çevrilən bu adam görən bir yetimi sevindiribmi? Eləcədə 10 ildir ki, İmişli parklarının qeyri-qanuni özəlləşməsi barədə 10 ildir ki, şikayət edirəm. Şikayətlər daşa dəyib, başımı yarır. Mərkəzi Rayon Xəstəxana qarşısında olan parkın 14 hektar ərazisini 2005-ci il Aslan Manafov adlı sahibkar kv metrini 20 qəpikdən özəlləşdirib, parkda olan 611-ədəd, eldar şamı və yolka ağaclarını dibindən çıxartdırıb, parkın ərazisini 3 metr hündürlükdə hasarlatdırıb, aqlaylatdırdı. Ərazini hissə-hissə əvvəlcə sotunu 2000 manat, hazırda 20 gündü rsotunu beş min manatdan satıb, tikinti başlayıb, ən böyük ərazini 170 min manata nüfüzlu bir axund alıb, tikinti başladıb,əvvala din xadiminin bu qədər pulu haradan idi? Bəs rəhbərlik, FHN, Ekologiya, Memar niyə bu sənədi rəsmiləşdirib, eləcədə Əmlak və Torpaq nazirliyinin yerli şöbəsi nə adla parkın ərazisinin hərracsız satışına yol verib.
 
İmişli ərazisində “Araz” çayı boyunca 45 (qırxbeş) qum-çınqıl karxanası var. Nakim Şərifovun karxanasının ərazisi müxtəlif yerlərdə 123 hektardır. “Tural-Ş” MMC adı ilə fəaliyyət göstərir.Şikayətçi Ramiz Hümbətovun yazdığına görə, N.Şərifov 123 hektar əvəzinə 11.2 hektar adına torpaq vergisi ödəmişdir. Qalan 111.8 hektarın vergisini gizlətmiş ödaməmişdir. Vergilər İdarəsinə isə 12.2 ha haqqında arayış vermişdir. R.Hümbətov qeyd edir ki ; “Prezident müşavirələrdə qeyd edir ki, dövlət büdcəsinə ziyan vuran dövləti xəyanətkardır və bu sahədə ictimayət, vətəndaşların köməyinə ehtiyac var”
 
Bəli biz dövlətə onun vergisini ödəməyənlərə qarşı mübarizəyə start vermişik. Eləcədə Fəyyaz adlı (keçmiş D/yol rəsi) şəxsdə artıq karxana kralıdır. Vergi nazirliyindən adları müraciətdə çəkilənlərin nə qədər vergi ödəmələri barədə məlumatı da istəyirik.
 
KP MK-nın İmişli şöbə rəisi yoldaş Rüstəm Qüdrətov “BF Azərbaycan” MMC-yə 08.09.2016-cı il 0735-də İmişlini su ilə təchiz edən kəmərdən iki su nümunəsi (çiy və qaynadılmış) primitiv üsullarla yoxlanılıb. Məlum olub ki, təqdim olunan su içməli su parametrlərinə uyğun gəlməyib .
 
TDS metr göstəricsi: çiy sy 564 ppm
 
Qaynadılmış su göstəricisi: 553 ppm
 
08.09.2016
 
Direktor: İ.B.Cavadzadə.
 
Yoxlamanın nəticələrinə görə 201 ppm –dən yuxarı suyu TDS təhlükəli suya aid edirki, gələn dəfə aydınlıq gətirəcəyik.
 
“Azər su” İdarəsinin İmişlidəki rəisi Etibar adlı şəxsdən söyüş söydüyünə görə bir neçə işçisi şikayətçi idi. Bizə də şikayət edilir ki, gələn sayımızda...
 
Vergi naziri aydınlıq gətirsin, 2005-ci ildən parkı özəlləşdirən şəxs, nə qədər vergi ödəyib? Rayonu 5-6 milyon-milyard sahibləri karxana, ferma, şadlıq saray sahibləri özəlləşdirib. Tək “Elçin” Şadlıq saray sahibi şəhər ərazisində 26 ev alıb, Heydər Əliyev prospektində “Elçin” mağaza-restoran, çayxana ərazisi, Araz çayı ətafında, “Elçin” restoran şəbəkəsi, MRX qarşısındakı parkdan 6 hektar ərazidə “Elçin” uşaq bağçası tikib istifadəyə verib,haradandır bu çirkli pullar ki, Ağayev İntiqam adlı şəxs “Elçin” şadlıq saray sahiblərindən yazmadığı instansiya qalmayıb. Kimlərdir bu 5-6 adam milyon sahiblərini himayə edib, İmişli ərazisini feodal kimi hasarlatdıranlara bu qədər sərvət qazandıran. Bütün şikayətlər cənab prezidentə axı, niyə yönəldilməlidir? Vergi naziri görən mənim mükafatımı verəcəkmi, bu qədər faktların üstünü açmağıma.
 
16.09.2016-cı il İmişli RİH qarşısında məni 29 iyul 2014-cu ildən təqib edən, şikayəti mən versəmdə, hətta 102 xidmətinə, İmişli RPŞ-nin rəisi V.Müslümov eləcədə tapşırıq yerinə yetirən, hazırda “qrajdanski” gəzən Əliş adlı sahə rəisinin tərtib etdiyi akt ilə, İmişli Məhkəməsinin hakimi Ülvu Qənbərov mənə: “Sənin yaşına yaraşırmı ki, bu “Ağsaqqalı” şəhərdə poçt qarşısında təhqir etmisən, sənə bir aylıq həbs verə bilərdim, amma 50 manat cərimə ilə kifayətlənirik”-deyəndə, “Balalarınızın qarşısına belə “ağsaqqal” iş verən çıxsın”-demişdim. Hansı ki, mən şikayət edəndə ağzım oruc idi, şahidləri polis sahə rəisi Əliş, nədə hakim dindirməmişdi. İndi 16.09.2016-cı il, həmin iş verən, yenədə sifarişlə RİH qarşısında mənə ilişdi: “Anqıra-anqıra” (ifadəmə görə üzr istəyirəm) öz nəcabətinin dilində “avarə” və s başqa mahnıları oxuyub, mənə psixoloji , mənəvi təzyiqlərə başladı. Qoy başçı fikirləşsin, mənə nə aidiyyati? Sadəcə təxribata çəksədə, qoy 5-10 manat sifariş pulunu, “mənim hesabıma” xərcləsin. Sadəcə, RİH başçısının məsələyə biganə liyi mənə başqa şey deyir:”yenədəmi torba”...
 
İmza: Məhbub Əvəz oğlu Zülfüqarlı