İmişlidə baş verən yol qəzasında iki nəfər ölüb, 12 nəfər xəsarət alıb

İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.
 Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
 Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğludur. 
 Mikroavtobusda olan 12  sərnişinin xəsarət aldığı bildirilir.