İmişli rayon sakini Məhbub Əvəz oğlu Zülfüqarlı Prezidentə müraciət etdi!

                                             

                                             Azərbaycan Respublikasının prezidenti 
                                             
                                             möhtərəm İlham Əliyev cənablarına
 
 
                              Surəti:     Birinci vitse prezident, Mehriban     
 
                                             xanıma                  
 
 
 
                            Surəti:      Ədliyyə naziri cənab Fikrət Məmmədova
 

                            Surəti:      Daxili İşlər naziri, cənab Ramil Usubova
 
 
 
                            Surəti:       Ali Məhkəmənin sədri cənab Xanlar Vəliyevə
 
                                            İmişli şəhəri L.Vəliyev küçəsi 38 saylı evin sakini
 
                                            hüquq müdafiəçisi,  müstəqil jurnalist
                              
                                            Məhbub Əvəz oğlu Zülfüqarlı  tərəfindən
 
  
                                                                                    ƏRİZƏ
 
 
                              Möhtərəm Prezident!
        
 
Hər il 28 may Respublika gününə tarixi şəxsiyyətlərimizin tarixdə rolu, mövqeyi, yaradıcı fəaliyyətləri ilə yazı dərc etdirirdim. 2015-ci il ağır surətdə zəhərləndirildim. Yalnız iyun 2016-cı il sağlamlığımı qismən bərpa edə bildim. Bu il isə 08 mart 2017-ci il, məmur-biznesmen, Bakıda-İmişlidə ağlasığmaz biznes şəbəkəsi (ötən yazılarımda xatırlatmışam) olan Saleh Səmədov 070-310-55-55 saylı telefonu ilə ağlasığmaz surətdə təhqir etdi. __ “102” xidmətinə dərhal, 13 mart 2017-ci il sizə, Baş prokuror, DTX və s. müraciət edib, səbəblərini, təqib, təhdid edilməyim barədə şikayət etdim. Kompyuterdə yazımı Xırdalan Şəhərində yaşayan Həsən İbrahimov yazdı ,20 mart 2017-ci il Novruz bayramı gecəsi anası doğranıldı, hər ikisi qətl olundu. Yalnız mənim şikayətim, izahatım hələlik araşdırılır, istintaq gedir. Bakıda Həsənə də, bu dünyada yalnız mənə güvənən anasına da 13 martda tapşırdım ki, qapınız döyülsə evə soxulmağa cəhd edilsə “102” xidmətinə və mənə məlumat verin. Çox saylı şikayətim təmin olunmadı. Yalnız İmişli RİH başçısı cənab V.Hacıyev 16.03.2017-ci il RİH binası qarşısında, YAP RT-nın sədri cənab S.Ağayevin yanında bildirdi ki: “Möhtərəm prezidentə, DTX-ya etdiyiniz şikayətə görə, RPŞ rəisinin dəvət edib xəbərdarlıq etmişik ki, M.Zülfüqarlıya, qardaşı Davuda, kürəkəni Mehman İsmayılova qarşı sui-qəsd olarsa S.Səmədov sifarişçi kimi qandallanacaq”- dedi.
        
 
DTX isə qismən, Səhiyyə nazirinə göndərdiyi məktubumun surətinə Gigiyena və Epidiomologiya Mərkəzi rəsmisi İ.Abdullayev 19.04.2017-ci il məktub göndərərək şikayətimi təsdiqlədi.
        
 
102 xidməti məktubumu İmişli RPŞ-yə göndərib. 24.03.2017-ci il,  RPŞ-nin təhqiqatçısı Kamran adlı səhv etmirəmsə kapitan məndən izahat alarkən bildirdi ki; “Saleh Səmədovla əlaqə yaratmışıq, bildirib ki, Məhbub bəylə zarafat etmişəm. Bəlkə barışıq ərizəsi yazasınız”. İzahat yazdım. Çünki, əzizlərim 4 gün əvvəl Bakıda qətl olunmuşdu, onların ruhu yol verməzdi.
        
 
Cənab nazir Ramil Usubova bildirirəm ki; “ Şaman şair, Heydər Əliyevin rəğbətlə yanaşdığı Rüstəm Behrudi, mətbuata bildirmişdi ki, nazir Ramil Usubov yaxşı nazir, yaxşı insan kimi rəğbətimi qazanıb”.
        
 
Mənim də sizə hörmətim var. 2014-cü ildən İmişli RPŞ  iki dəfə 30 iyun 2014 (Ramazan Bayramı günü) 30 avqust 2016-cı il şikayətimi əleyhimə çevirib. 13 mart 2017-ci il sizlərə, eləcə də “102” xidmətinə şikayətimi bir ay sonra RPŞ yalanlayıb: “Şikayətinizi araşdırdıq, telefon S.Səmədova məxsusdur. İzahatında sizi təhqir etmədiyini bildirib məhkəməyə müraciət edə bilərsiniz”
        
 
Məhkəmənin sədri isə Saleh Səmədovun avtomobilindən düşmür. Toya, hüzrlərə, restoranlara birgə gedirlər. Ona görə də güvəndiyim birinci vitse-prezidentə, saytlara “Gündəm-Xəbər” qəzetinə 08 may 2017-ci il şikayətimə, RPŞ-nin cavabını əlində rəhbər tutaraq S.Səmədov  16 may 2017-ci il, iddianı İmişli məhkəməsində qaldıraraq, qabaqdan gəlmişlik edib. Məhkəmənin məktubunu 24 may 2017-ci il poçt möhürlü məktubu həmin gün aldım. Məktubda 4 vərəq göstərilsə də, iddia məktubun içərisində yox idi. S.Səmədov mənimlə yenə də məzələnib. 25 may 2017-ci il saat 1700-da ilk prosesə S.Səmədov gəlmədi. Hakim Ülvü Qəmbərov iddianın surətini katibə irad bildirərək, həmin gün verdi.
        
 
S.Səmədov iddiada, qabağa gedərək göstərir ki; “hətta M.Zülfüqarlıya zəng etməmişəm mənə böhtan atır”.
        
 
       Möhtərəm Birinci vitse-prezident!
        
Hər bir uğurlu kişinin arxasında güclü bir qadın durur.
        
 
Sizin intellekt əmsalınız alimlər səviyyəsində 140-dan yuxarıdır ki, Heydər Əliyev kimi SSRİ rəhbərliyi səviyyəsinə qalxmış bir dahinin nəvələrinin anası, prezidentin arxasında uğurlu bir ledi, həm də seyid övladısınız deyə, inanaraq, güvənirəm.
        
 
Bu gün Ramazan Bayramı başlayıb, Respublika günüdür, övliyalara, insanlara yaxın aydır. Xahişim odur ki: “Nar” mobildən Saleh Səmədovun 070-310-55-55 telefonundan mənim 070-277-87-27 mobil nömrəmə zəngin danışıq lentinin, eləcə də, sürücüsü Tofiqin 051-448-16-46 mobil nömrəsindən 26-30 mart 2017-ci ilə qədər telefon zənginin sayı, danışıq lentinin surətini çıxartdırıb. İmişli məhkəməsinin hakimi Ülvü Qənbərova göndərilməsini, güvəndiyim lider kimi rica edirəm. Tofiq mənə deyirdi ki; “S.Səmədov səninlə görüşmək istəyir, yaxşı hörmət olunacaq, ərizə yaz ki, mənə zəng olmayıb, məni Vilyam Hacıyev öyrədib və s. Və i.a”
 
 
Ona bildirdim ki; “başçı sənin rəisinə tapşırmışdımı ki, 08 mart 2017-ci il M.Zülfüqarlını təhqir et” ??
        
 
-“Yaxşı məmur, düzgün kişi,  elədiyini inkar etməz, edərsə dövlət və Allah ona əzabını verər və yaxamdan əl çəkin” – dedim. Sonralar nə qədər zəng etsə də cavab vermədim. Eləcə də 19 mart 2017-ci il S.Səmədovun reket qardaşı Vahab Səmədov 050-707-12-18 və yadımdan çıxan 070 nar nömrəsi ilə 1430 ərəfəsi zəng edib təhdid etdi. O zaman  da Həsən İbrahimova zəng etdim ki; “Həsən gecə qapınız döyülsə açma”. Bildirdi ki; “Mama Yasamalda nənəmgildə qalıb, təkəm”. Səhərə qədər yatmadım. 20 mart  2017-ci il, Ruslanın taksisi ilə Xəstəxanaya getdim,ağır iynələr vurdurdum”
        
 
Saleh Səmədov nə qədər havalanıb ki, bir reket qəzet “Həqiqət və Reallıq” aylıq 500 tirajlıq dərgidə YAP RT sədrini – “Buz üstə buzov, aciz, bədbəxt” kəndi Otuzikini də aşağılamışdı. Həmin qəzet ona xidmət edir, mənə başçıdan YAP RT sədrinə qarşı yazı dərc etdirə bilməsə də 24 aprel – 20 may 2017-ci il həmin qəzetdə yazı dərc etdirdi: “Çox təəssüf ediləsi haldır ki, ... İmişlidə başçıya quyuq bulayan 5-6 nəfərlik şərəfsiz dəstə vardır”. “Həmin səhfənidə məktuba əlavə edirəm”.
        
 
11 aprel 2017-ci il S.Səmədovun qardaşı, məni təhdid etmiş şəxs, Yalavac kənd Bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanova xəsarət yetirib xəstəxanalıq etdilər. Bu barədə  saytlarda məlumatlar var. Bunların amalı mənə xəsarət yetirmək idi. Qarşılarına Yalavac kənd Bələdiyyə sədrini Allah çıxartmaqla bəlanı müvəqqəti olaraq məndən sovuşdurdu.
        
 
Bu adamlar, məni Həsənin anası kimi doğrasalar da, öldürsələr də bunların əməllərini bir-bir mətbuata çıxaracağam. Allah bunları mənə sataşmaqla biabır edib. S.Səmədovun hamısı olduğu şəhər bələdiyyəsinin keçmiş sədri İ.Əliyev, Şirvan şəhər İnzibati İqtisadi məhkəməsi qarşısında təzə sədr Mehman İsmayılova yüngül xəsarət yetirib. M.İsmayılov sizə şikayət edəndən sonra Şirvan RPŞ tədqiqatçıları 27 may  2017-ci il işi təzələyib, S.Səmədovun sifarişi keçməyib.
        
 
Bəndəniz ali təhsilli olaraq uzun illər partiya rəsmisi olub, təmənnasız olaraq hüquq müdafiəçisi kimi bu xalqa xidmət etmişəm. Bu xalqın xoşbəxt gələcəyinə siyasətçi kimi, qeyri-zorakı mübarizəni təlqin etmiş, təqiblərdən iki dəfə məni Birinci vitse prezident xilas edib. Mənim də uğurum, arxamdakı güclü qadın Həsənin anası N.Ç.Əliyevanın  uzaq görən görücülüyü sayəsində 20 yanvar 2017-ci il səfirlərdən sığınacaq istədim. N.Çingiz qızı dedi: “Ay Məhbub evimi satım, sakitcə ölkədən gedək, Həsən bütün Avropa dillərində sərbəst danışır”. “Gündəm-Xəbər” qəzeti və saytlarda 20 yanvar 2017-ci il Həsən Dərya imzası ilə: “ İmişli mafiyası jurnalisti təqib edir” “Məhbub Zülfüqarlı səfirlərdən sığınacaq istəməyə məcbur oldu”-yazdı.
        
 
İmişlinin başçısı V.Hacıyevlə 28.01.2017-ci ildə rastlaşdıq: “Siz heç yerə getməyəcəksiniz. Bütün maneələr yolunuzdan götürüləcək,problemləriniz yoluna qoyulacaq” ifadəsini Mədinəyə Həsənə bildirəndə: “Xəyalla yaşayırsıniz, başçı özü problerlərlə üzləşəcək, mafiya onu da işləməyə qoymayacaq, qalırıqsa heç olmasa qisasımızı alarsan”- deməsindən sarsıldım. İki od arasında qaldım. 20 mart 2017-ci ili əzizlərimlə, məndən başqa güvən yerləri olmayanlarla keçirməyə 20 manat yol pulu tapmayanda, inandım ki, xəyalla yaşamışam. Uğurlu bir xanımın göstərdiyi yola dönmədim, çıxıb getmədik. Tənhayam, inandım ki, bu dünyada mənə ən əziz insanlar bu iki qətl olunan doğmalarım imiş bilməmişəm, xoşbəxt olduğumu qiymətləndirməmişəm.
        
 
Sərdar Zeynalın şerləri, mətbuat dostlarımla təskinlik tapıram:
                   Dardasan? Hardasan bu saat, bu dəm?!
                   Kimsəyə çatmırsa harayın , ünün.
                   Dedim ki, bir vaxtsız çətinə düşsən
                   Harayla bir ağır qoşuna dönüm.
                   Lal kimi durmuşuq – bir mən, bir masa
                   Getmisən nə vaxtdır , batmışam yasa
                   Dərdini bölməyə gücüm çatmasa,
                   İzin ver gözünün yaşına dönüm.
        
 
Mədinə düz demişdi, xəyalla yaşadım, çıxıb gedib bir qərib yerdə, onlardan  qabaq ölə bilmədim, gözünün də yaşına dönə bilmədim.Saleh Səmədov kimilər milyard yiyəsi oldu, onlar dünyanı gəzəndə , mən 20 manat yol pulu tapmadım.
        
 
Bəlkə də 3 adamı öldürə bilməzdilər, siyasətçi idim mən.Vətənə borcumu kifayət qədər ödəyə bildim, əzizlərimə ödəyə bilmədim, öz ölkəmdə qərib oldum.Bu xalq, bu ölkə mənim kimilərdən xeyir görüb, qarşılığını Saleh Səmədov görüb, beləcə də mənim kimilərə əvəzini belə ödəməli idilər. Ziyalı, öndə gedən lider olaraq, “vətəni sevmək imandandır” – dedik.Bəs vətən öz övladını sevməsə , S.Səmədovlar ümidinə qoysa necə??
        
 
Saleh Səmədov 08 mart 2017-ci il etdiyi təhqirin, azlığını düşünüb məndən və şəhər Bələdiyyəsinə 3 aydır ki, seçilmiş təzə sədrdən bütün müstəvilərdən, yönlərdən hücuma keçdi. Qeyri-zorakı mübarizə üsulu ilə silahlanmış mənim əlimlə mətbuatda özünü biabır etdi.Hər ikimizi qeyri- qanuni olaraq , puluna və arxasına söykənərək məhkəmə müstəvisinə çıxarmağa sevindim.
        
 
Yəni, başqa müstəvidə sındıra bilmədi. Qisas hissi ilə alışıb yanır. Dostu məhkəmə sədri Q.Hacıyev onu sevindirə biləcəkmi? Bizim itiriləsi varımız yoxdur, dolu çanağım boş çanaqlara vuran , şərəf və ləyaqət davasına çıxan adam, öz gözündə tiri görsün, yoxsa elə bilir ki, pulu çoxdur deyə,bizdəmi , ondan aman diləyəcəyikmi??
        
 
Mehman İsmayılov da, bəndəniz də, mənəvi cəhətdən çox-çox ondan varlıyıq. S.Səmədov reket qəzetə müsahibəsində yalnız bir doğru söz deyib: “Mal itirən, bir şey itirmişdir, şərəfini itirən hər şeyini itirmişdir” və gülüş obyektinə çevrilib.
        
 
Buna kim icazə verib ki, RİH mənsublarını, ali təhsilli şəxsləri şərəfsizin şərəfsizi adlandırır, ara qarışdıran, nifaq salan adlandırır, qovub çıxartmaqla hədələyir, nəhayət, jurnalist olaraq məni təhqir edir, yalavac, eləcə də, şəhər Bələdiyyə sədrlərini döydürüb “ləzzət” alır.
        
 
Və, bunu rəsmilərin bəzisi müdafiə edir, səbəb nə? S.Səmədov unudur ki, bu vətən məni yetişdirib, Sərdar Cəlaloğlu, İlyas İsmayılov kimi siyasi liderlərlə təmənnasız siyasətçi kimi yetişdirib.Təsadüfi deyil ki, cənab prezident İ.Əliyev birinci vitse-prezidenti “Mehriban erası”, S.Cəlaloğlu “Mehriban, lalə dövrü” adlandırıb, dəstək verib, bu dəstəyi təmənnasız olaraq mətbuatda işıqlandırmışam. Kimdir ara qarışdıran? Heç bir müxalif lider, mətbuat, onun reket qəzetə müsahibəsindəki cümlələri işlətməyib, qovub çıxartmaqla hədələməyib, Putindən sitat gətirməyib. Danış! S.Səmədov, danış!Və özünü biabır et. YAP RT sədri S.Ağayev həmkəndlimdir , qohumluq əlaqəmiz var, Otuzikilərdənik. Keçmiş başçı Ə.Ağayev elə- belə deməmişdi ki, - “İmişlinin iqtidarı da, müxalifəti də Otuzikilərdir”
        
 
Biz kimlərinsə ara qarışdırmasına yol verməyəcəyik. Sənin reket qəzetdə təhqir etdiyin Otuzikili YAP RT sədrinin hörməti, intelekti var ki, onu bu yaxınlarda da YAP RT sədri seçdilər. Mətbuatda az tənqid etməmişəm. Sən , S.Səmədovdan fərqli olaraq səmimi qəbul edib: “Yazdıqlarını seyfimdə saxlayıram, bəy, arada götürüb oxuyub  nöqsanlarımı yenidən yoxlayıram. “Amma o, sənə, və öyrətdiklərinə,  qızıl vaxtına heyfi gələrək baş qoşmadı,  böyüklük göstərdi, necə ki, Rəsul Quliyevə heç vaxt ulu öndər H.Əliyev reaksiya vermədi.
        
 
Sən, R.Quliyevin yanında çox aciz fiqursan, özünə, sözünə, əməlinə fikir ver və yaxamızdan əl çək, qoy dərdimizi çəkə bilək, axı bizlər türkük. Otuzikilər şah İsmayılın qızılbaşları və sağ əli olublar, şükür ki, Səfa Ağayev dövlət rəsmisidir. Dövlətimin rəhbərlərindən xahiş edirəm, bu axırıncı göz yaşımla yazdığım müraciətimi nəzarətə götürün.
        
 
10 may 2003-cü il, ulu öndər Heydər Əliyev xəstə ikən ekranlara çıxdı. 50 il qabağı görən siyasətçilərin ağlamağını intellekt əmsalı 100-dən yuxarı ola bilənlər görə bilərlər. Heydər Əliyev arxasında duran güclü qadın, ömür gün yoldaşına görə, “bir taleyin oyununda cütlənmiş zərik” oxudu. Bu şerə görə də, Məmməd Arazı, bu şeri oxumuş Niyaməddin Musayevi mükafatlandırmışdı. Heydər Əliyev Əbülfəz Elçibəyə sevgisini qismən açıqladı. Milyonlar Əbülfəz bəyin dəfninə toplaşanda Heydər Əliyevin dəfnə gəlməsi Elçibəyə hörmət, ehtiramını beləcə, gizlicə bildirdi, çünki , rus, fars, erməni Elçibəyi sevmirdi.
        
 
Allah Təala Mehriban erasını, Lalə dövrünü,bu xalqa çox görməsin, Tanrı qorusun.Həsən Dərya da 26 fevral 2017-ci il “Turan” info saytı,portalında yazısının sonunda Mehriban xanımı təbrik etmiş, uğur arzulamışdı.Anası məktubu ilə 07 mart 2017-ci il uğur arzulamışdı.Məni isə Həsənin anası bu dünyaya uğursuz buraxdı.
        
 
Saleh Səmədovların bizlərə açdığı, amacsız müharibədə,- tənha buraxdı. Allahdan rəhmət diləyirəm.Prezident İ.Əliyevə 28 may Respublika günü uğur arzu edirəm, xalq, dövlət ilə birgə uğur diləyirəm, Lalə dövrünü ömürlük arzu edirəm.Bu mənim sonuncu nəğməm.Yoldaşları öldürülən Qu quşları ölürkən , birinci və sonuncu nəğmələrini çox ecazkar oxuyurlar.Heydər Əliyevdə xalqın gələcəyindən narahat köçdüyünə görə sonuncu çıxışı çox ecazkar idi.Mənim göz yaşlarımla qələmə aldığım yazını da intellekt səviyyəsi yüksək olanlar dərk edəcək.Saleh Səmədovlar isə ləzzət alacaq.Gizlətdiyim 30 illik sonuncu mahnım özümü də ağlatdı.Mən nəyə görə, kimə görə yaşamalıyam??- deyə.
        
 
Möhtərəm Prezident!
        
 
 
Kimsədən aman diləmirəm, tapdalanmış , təhqir olunmuş hüququm bir yana , öz gözündə tiri görməyən məmur-biznesmen , biletsiz sərnişin, kimlərəsə güvənib, az müddətdə milyarder olan, yalnız MTN rəsmisi olmuş Subahir Qurbanova 350 min haqq ödəyən Saleh Mehralı oğlu Səmədov xəcalət çəkmədən məni məhkəmə müstəvisinə çəkib, 25.03.2017-ci il saat 17:00 prosesə qatılmayıb,fikirləşir ki,sındırıb,ləzzət alıram. 01.iyun 2017-ci il prosesinə yəqin ki, Rusiyada pomidor, xiyarlarını təhvil verib, dostu məhkəmə sədri Qurban Hacıyevdən təlimat alıb güclü “hücuma” keçəcək.Sizdən xahişim odur ki,bu şəxsin əməllərini nəzarətə götürdəsiz, arxasında duran , hansısa qüvvəyə söykənərək YAP.RT sədrini,RİH mənsublarını, eləcə də məni təhqir edərək,şərəfsizin-şərəfsizi deməsinə kim hüquq verib, rica edirəm.
        
 
Hörmətlə !
      
Məhbub Əvəz oğlu Zülfüqarlı
 
28.05.2017-ci il    

Загрузка...
Загрузка...