İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla Audio Müsahibə

 
Audio – müsahibələrdə ciddi ittihamların səslənməsinə baxmayaraq bu günə kimi nə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, nə də hüquq – mühafizə orqanları tərəfindən məsələyə hər hansı münasibət bildirilməyib.
 
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevin rəhbərlik etdiyi qurumla bağlı rayon sakinlərinin narazılığı bitmir. Bir müddət əvvəl müxtəlif dərəcəli əlilliyi olan şəxslərin DSMF-nin İmişli rayon şöbəsində Fond əməkdaşlarının onlardan şəxsi maraqları baxımından istəklərinin olduğu haqda mediada müxtəlif məlumatalar dərc edilmişdi. Həmin audio – müsahibələrdə ciddi ittihamların səslənməsinə baxmayaraq bu günə kimi nə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, nə də hüquq – mühafizə orqanları tərəfindən məsələyə hər hansı münasibət bildirilməyib. Ötən gün İmişli rayon sakini II qrup əlil Babək Hüseynov Xeberdar.net saytına telefon açaraq bildirdi ki, bir müddət əvvəl mətbuatda dərc edilən səs yazısında rayon DSMF-nin əməkdaşının pul istədiyi şəxs odur. “İmişli DSMF-nin əməkdaşı qohumumun təqaüdü ilə bağlı problemi həll etmək üçün məndən rüşvət istədi.” – deyə bildirən B.Hüseynov, Fond əməkdaşına bu məqsədlə 30 manat verdiyini də bildirdi.
 
Redaksiya II qrup əlilin audi – müsahibəsini olduğu kimi oxucuların diqqətinə çatdırır.

Yuxarıdakı likdə də ikinci audio müsahibəni oxuculara təqdim edirik.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
Bakunews.Az

Загрузка...
Загрузка...