İmamın şəhid dəfnində Atatürkün adını çəkməməsi aləmi qarışdırdı - FOTO + VİDEO

Baxış sayı: 
127

 
Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi zamanı dünyasını dəyişən şəhid polislərdən birinin dəfni zamanı qalmaqal yaşanıb.
 
Turaninfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqla səbəb dəfn mərasimini aparan imamın çıxışı zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını çəkməməsidir. İmamın bu hərəkətindən əsəbləşən bəzi dəfn iştirakçıları qışqırmağa başlayıblar. Onlar imamdan Atatürkün adını çəkmələrini tələb ediblər.
 
"Atatürkün adını eşinmək istəyirik. Ağzından çıxsın",-deyərək imama səsləniblər.
 
İmam isə polislərin Vətən, din, birlik və bayraq üçün şəhid olduqlarını deyib. "Allah şəhidlərimizə rəhmət etsin. Atatürklə bərabər bütün şəhidlərimizin ruhuna fatihə oxuyaq".
 
Din xadiminin sözlərindən sonra bəzi mərasim iştirakçıları "Hamımız Atatürkün əsgərləriyik" şuarını səsləndiriblər.

Загрузка...
Загрузка...