“İmam Hüseynin ardınca gedənlərdən, yoxsa yolunu kəsənlərdənmisin?..” - VİDEO

Kərbəla savaşı hələ də bitməyib...
 
 
Moderator.az “Kurtlar Vadisi” serialında İmam Hüseyn əleyhissəlamın Kərbəla savaşından bəhs edən səhnələri diqqətinizə çatdırmaqda davam edir.
 
Bu dəfəki epizodda Polad Ələmdar İmam Hüseyn(ə) barədə “Eşqin şəhidi” kitabını oxuyur. Silahdaşı Memati ona  Kərbəla haqda oxumaq istyəndə stressə düşdüyünü, o namussuzların Peyğəmbər(s) nəvələrinə necə qıydıqlarını anlamadığını, lakin o meydanda olaraq yezidlərə qarşı savaşmaq arzusunu ifadə edir. 
 
Polad isə Mematiyə izah edir ki, kitab oxududuqca, əksinə, stresdən çıxırsan, niyə yaradıldığını, hansı amaca xidmət etdiyini, hədəflərini, ideallarını xatırlayırsan. Və ən nəhayət, Kərbəla savaşının hələ də bitmədiyini və hansı cərgədə olduğunu xatırlayırsan. Həzrət Hüseynin(s) ardınca gedənlərdənmi, yoxsa onun yolunu kəsənlərdənmi olduğunu xatırlayırsan?..
 
Sultan Laçın

Загрузка...
Загрузка...