İltimas Məmmədov "Rabitə mafiyası"ndan hər ay pul aldığını etiraf edib: "Mənə 30 min verirdilər"

 
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun adıçəkilən qurumun rəhbər şəxşlərinə qarşı açılmış cinayət işi üzrə istintaqa verdiyi ifadə yayılıb.
 
İ.Məmmədov öz ifadəsində təmsil olunduğu nazirlik daxilindəki korrupsiya əməlləri barədə məlumatlı olduğunu, lakin həmin əməllərdə iştirak etmədiyini bildirib.
 
Turaninfo.Az Haqqin.az saytına istinadən xəbər verir ki, İ.Məmmədov ifadəsində 2005-ci ildən nazir müavini, 2014-cü ildən isə nazirin birinci müavini vəzifəsində çalışdığını qeyd edərək bu müddət ərzində nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun müəssisə rəhbərlərindən haqq yığmasından məlumatsız olduğunu bildirib. Bununla belə, İ.Məmmədov təsdiq edib ki, nazirliyin əməkdaşlarına hər ay qeyri-qanuni ödənişlər paylanıb. Onun sözlərinə görə, özü hər ay Vidadi Zeynalovdan 15 min manat alıb, sonradan bu məbləğ 30 min manata qədər yüksəlib: “Mənin dəqiq bilmirdim ki, bu pullar haradan gəlir. Bu barədə nazir Əli Abbasovla da söhbətim oldu. Ondan pulların haradan daxil olduğunu soruşdum. Nazir mənə bildirdi ki, paketlərin paylanması razılaşdırılmış prosedurdur və buna görə narahat olmağa dəyməz".
 
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru, hazırda həbsdə olan Hüseynov Beytulla İbrahim oğlu istintaqa verdiyi ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini bildirib.
İ.Məmmədov bu məsələ ilə bağlı jurnalistlərə açıqlama verməkdən imtina edib.

Загрузка...
Загрузка...