​İlkin tibbi yardım zamanı istifadə edilən yanlış üsullar - FOTOLAR

Hər insan yanındakı insanların sağlamlığında problem yaranan zaman ona təcili yardım göstərmək üçün müəyyən bilgilərə sahib olmalıdır.
Lakin bəzən sahib olduğumuz bilgilər mənfi nəticələrə yol aça və vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.
Publika.az çox insanın istifadə etdiyi, əslində isə yanlış olan bir neçə təcili tibbi yardım üsullarını təqdim edir.
1. Açıq yaraya qətiyyən spirt tökmək olmaz. Qanayan yaranı yalnız içməli və ya qaynadımış su ilə yumaq lazımdır.
 
 
2. Qapalı ürək masajı nadir hallarda işə yarayır. Bu səbəbdən xəstənin vəziyyətini daha da ağırlaşdırmadan mütəmadi olaraq nəbzini yoxlamaq və təcili tibbi yardıma zəng etmək lazımdır.
 
 
3. Artıq miqdarda dərman qəbul etmək olduqca ziyandır. Əslində vəziyyətindən asılı olmayaraq, insan vücudu nə qədər az dərman qəbul edərsə, bir o qədər zərərdən uzaq olar.
 
 
4. İlk yardım zamanı ən çox edilən yanlışlıqlardan birinə də burun qanaması zamanı rast gəlinir. Əgər burnunuz qanayırsa, başınızı arxaya əyməyin və ya uzanmayın. Sadəcə başınızı dik tutun və burnunuza buz qoyun.
 
 
5. Xüsusilə, avtomobil qəzasında zədələnmiş insanı qətiyyən tərpətmək olmaz. Bu zaman ilk yardım olaraq təcili tibbi yardıma zəng etmək ən yaxşı köməkdir.
 
 
6. Yan və aşağı ətraflarda qanaxma varsa, bu zaman diqqətli olmaq lazımdır. Qanaxmanı kəsmək istəyərkən qanqren yarada bilərsiniz. Buna görə də qanaxmanı saxlamaq üçün sərt iplərdən deyil, bintlərdən və yumşaq parçalardan istifadə etmək lazımdır.
 
 
7. İlkin tibbi yardım zamanı ən çox edilən səhvlərdən biri də sudurğa keçirən adamın dilini dartmaqdır. Bu zaman sadəcə xəstənin dilinin qatlanmadığından əmin olmaq və əllərini bərk tutmaq lazımdır. Daha sonra xəstəni bir tərəfi üstə çevirmək vacibdir.
 
 
8. Əzələdaxili iynə sağ tərəfə vurulan zaman daha çox işə yarayır. İnyeksiya edən zaman iynə ucluğunun yarısından çoxu əzələyə daxil olmalıdır.
 
 
Zümrüd

Загрузка...
Загрузка...