İlk müsəlmanlar nə yeyirdi? - DÜNYANI DÜŞÜNDÜRƏN TAPINTI

 
    
 
İndiki İsrail ərazisində, ölkənin ən önəmli arxeoloji ərazisi hesab edilən David şəhərində yeni tapıntılar ilk müsəlmanların yeməyi barədə fikir yaradıb.
 
Cebhe.info xarici mətbuta istinadən bildirir ki, ərazidə yaşı ən azı min il olan yemək qalıqlarının tapılması bu barədə müəyyən fikir söyləməyə imkan yaradır. İsrail arxeoloqlarının tapıntıları söyləməyə əsas verir ki, ilk müsəlmanların yeməkləri arasında yumurta, balıq və badımcan əsas yer tutub.
 
Sözügedən arxeoloji qazıntı David Şəhər Fondu tərəfindən maliyyələşdirilib. Arxeoloqların açıqlamasına görə, tapılan qalıqlar orqanik əsaslarını qoruyaraq formalarını tamamilə itirməyib.
 
“The Times of Israel"a açıqlamasında arxeoloq Nanson Szanton bildirib ki, qazıntılar davam edir. İndi heyətin ən böyük arzusu qalıqlarda bir insan DNT-nin tapılmasıdır.
 
Bölgədə tapılan badımcan tumlarının mənbəyinin Şri-Lanka və ya Hindistan ola biləcəyi, miladdan əvvəl 518-ci ildə İrana aparıldığı güman edilir.
 
Arxeloqlar 3 dinin nümayəndələrinin birlikdə qazıntı aparılan ərazidə yaşadığını, hələlik kimin nə yediyini dəqiq bilmədiklərini, ancaq böyük ehtimalla müsəlmanların yeməyi olduğunu vurğulayır.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...