“İlk dəfə bəyan edirik!” – Ankara şok PLANI AÇIQLADI - VİDEO

Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 7 terrorçudan 5-i öldürülüb, digərlərinin zərərsizləşdirilməsi üçün əməliyyat başlanıb.
Dünən Muğlanın Seydikəmər mahalında Kəşfiyyat Dairəsi Başqanlığının keçirdiyi əməliyyatın gedişatında PKK-nın “xüsusi təyinatlılar” adlanan strukturunda yer alan və Suriyadan gələn 5 terrorçu ilə onlara bələdçilik edən 3 nəfər tutulmuşdu. Terrorçular PKK-nın “Egey-Aralıq dənizlərinə açılım qrupu”nda fəaliyyət göstərmək üçün Suriyadan dəniz yolu ilə Muğlanın Fəthiyə mahalına gəldikləri müəyyən edilib.
Muğlada 5 terrorçunun tutulması və daha 5-nin öldürülməsi ilə əlaqədar açıqlama verən daxili işlər naziri Süleyman Soylu terror təşkilatı Lazkiye üzərindən Ege və Aralıq dənizinə sızdığını deyib.

Загрузка...
Загрузка...