​“İlhamə xanıma brilliant və bahalı hədiyyələr verirdilər” – Rəşad İlyasov – VİDEO

 
“İlhamə Quliyevadan başqa heç kimlə oxumamışam”
 
ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Rəşad İlyasov maraqlı açıqlamalar verib.
 
Sevilən ifaçı, xalq artisti İlhamə Quliyeva ilə duet oxuduğu “Yaşın nə fərqi var ki” mahnısının uğurundan danışıb:
“Novruz müəllim o mahnını yazanda mənə təklif etdi. Əvvəlcə könülsüz idim, tərəddüd edirdim. Amma İlhamə xanımla bu mahnını oxuduqdan sonra çox uğurlu alındı. Düşünmürdüm ki, bu qədər uğur qazanacağıq. İndi də o mahnını ifa edirəm. İlhamə xanımdan başqa heç kimlə oxumamışam o mahnını, çox təkliflər gəlsə də. Çünki o da bu cür olaylara həssas yanaşırdı. Mən Zeynəb xanımla da işləmişəm, onu müşaiyət etmişəm, indi də çalışıram.
İlhamə xanımla duetimiz başqadır bizim, indi də xatırlanır. Mənim üçün böyük şərəf idi. İlhamə xanımın ətrafında çox gənc müğənnilər var idi. Biri brilliant bağışlayırdı ona, biri bahalı hədiyyə və s. Bəs hanı indi onlar? Duetləri varmı onların? Çox xoşbəxtəm ki, belə sənətkarlarla çalışmışam”.