​“İlhamə mənə sifariş verdi ki, arvadını öldür, arxanda dayanmışam” - MƏHKƏMƏ

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə Mehriban Hüseynovanın həyat yoladışı Tofiq Hüseynov  ifadə verib. 
 
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, İlhamə Quliyeva, oğlu Orxan və bir nəfər evinə basqın edib: "İlhamə məndən pul təkıb edirdi.  Bildirirdi ki, Mehriban onun evindən pul,  şuba oğurlayıb".
Şahid daha sonra əlavə edib ki,  Mehribanla bağlı Ilhamə Quliyeva ona zəng vurub: "Onlarda nə baş verdiyini deyə bilmərəm. Amma deyirdi ki, Mehriban məni öldürmək, var-dövlətimi ələ keçirmək istəyib. İlhamə mənə sifariş verdi ki,  arvadını  öldür,  arxanda dayanmışam. Mən də ona heç bir cavab vermədim".
 
Proses noyabrın 8-də davam edəcək.
 
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.