İlham Əliyevin Şuşa mesajı – 4 mühüm amil

 
 
Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala “paket həll” təklif edirlər. Bu, heç bir halda Azərbaycanın maraqlarına cavab vermir.
 
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, bu səfər məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir:
 
“Birincisi, İlham Əliyev Lələtəpə strateji yüksəkliyindən düşmən mövqelərinə baxış keçirməklə Talış və ətraf kəndlərin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu.
 
İkincisi, ölkə başçısının səfərə hərbi geyimdə çıxması Ermənistana mesaj idi. Ermənilər indi İlham Əliyevin Lələtəpədə verdiyi açıqlamalar üzərində baş sındıraraq rəsmi Bakının hansı taktikaya üstünlük verəcəyini anlamağa çalışırlar.
 
Üçüncüsü, İlham Əliyevin Lələtəpədə konkret açıqlamaları kifayət qədər sərt idi. Rəsmi Bakı yeni növ silahlar almaqda davam edəcək. Ermənistanı Rusiyadan aldığı “İsgəndər” raketləri xilas etməyəcək. Çünki Ermənistanın hər aldığı uzaq mənzilli raketə Azərbaycan beşqat cavab verəcək. Prezidentin “Şuşa və Xankəndi də Azərbaycandır” sözləri ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var.
 
Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyytli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. Prezident burada Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni bu ittifaq o anlama gəlməməlidir ki, Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərsə, müharibə total xarakter daşıyacaq ki, bu heç Rusiyanın da maraqlarına cavab vermir”

Загрузка...
Загрузка...