​İlham Əliyev Tarif Şurasının qərarını ləğv edə bilər - Sensasion iddialar

 
Prezident İlham Əliyevin göstərişi ilə Tarif Şurasının son qərarları ləğv oluna bilər
 
Bu barədə Politika.Az-a hakimiyyətdəki mötəbər mənbədən məlumat daxil olub.
 
Əldə etdiyimiz bilgilərdə iddia olunur ki, ölkə başçısının xalqın narazılığına səbəb olan işıq və qazın bahalaşması ilə bağlı tapşırıq verəcəyi gözlənilir.
 
Mənbənin sözlərinə görə, hökumət daxilində Şuranın son qərarları ciddi narahatlıq və narazılıq doğurub. Hətta bu addımın özbaşına və mərkəzlə razılaşdırılmamış atıldığı vurğulanıb.
 
Sosial şəbəkələrdə və mediada cəmiyyətin son bahalaşma ilə bağlı narazılığı öz əksini tapmaqdadır. Eyni zamanda parlamentdəki bəzi deputatlar da dilə gəliblər.
 
İddialara görə, iqtidar rəhbərliyinin hər zaman olduğu kimi bu dəfə də humanist addım atacağı və məmurların özfəaliyyətinə son qoyacağı gözləntisi var.
 
Çünki işıq və qazın bahalaşması bütün sahələrdə təsirini göstərməkdədir. Həm iş adamları, həm təhsil ocaqları, həm sıravi vətəndaşların işinə ağır təsirləri var. Ona görə də dövlət rəhbərinin Şuranın qərarını geri götürmək barədə göstərişi barədə ehtimallar var.
 
“Mən həmişə xalqın dərdini bu zala gətirmişəm. Kimisə tənqid etmişəmsə bu şəxsi qərəzlə bağlı olmayıb”.
 
Politika.Az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib.
 
Deputat bildirib ki, Tarif Şurası heç bir arqument və əsaslar olmadan qazın və işığın qiymətlərini qaldırıb:“Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu şura hansı arqumentləri əsas götürüb işığın, qazın qiymətini qaldırır?
 
Orada heç olmasa bir millət vəkili təmsil olunmalı deyilmi? Heç olmasa onu qaldıranlar bunun səbəbini izah etsin. Mən bu artımla heç razı deyiləm.
 
Deyirlər ki, bu qərar 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir”.
 
Politika.Azxəbər verir ki, ilin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.
 
Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.

Загрузка...
Загрузка...