“İlham Əliyev tapşırıb ki, işıq və qazın bahalaşmasından əldə olunan pullar...” - Nazir açıqladı

 
”Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin artırılması (diferensiallaşdırılmış qaydada) barədə qərarı nəticəsində 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri üzrə daxilolmalar artacaq
 
Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. Nazir elektrik enerjisi və təbii qazın tariflərinin artırılması nəticəsində büdcəyə nə qədər əlavə gəlir daxil olacağını açıqlamayıb. Ancaq bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
“İlham Əliyev tapşırıb ki, işıq və qazın bahalaşmasından əldə olunan pullar...”
Virtualaz.org qeyd edir ki, ekspertlər son bahalaşma nəticəsində büdcəyə 300 milyon manatdan bir qədər artıq əlavə vəsaitin daxil olacağını proqnozlaşdırır. Gözlənilir ki, bu əlavə daxilolmalar hesabına pensiyalara, sosial ödənişlərə və büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqına 10 faizlik artım ediləcək