​İlham Əliyev iki ölkəyə yeni səfir təyin etdi

Prezident İlham Əliyev Ramin Müzəffər oğlu Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.