​"İkisinə də bildirdim ki, Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər" -FOTO

 
 
Özünü İmam Mehdi adlandıran azərbaycanlı Kazım Əziz Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu ilə görüşüb.
 
Bu barədə Moderator.az -a Kazım Əziz özü xəbər verib. Görüş ötən həftənin şənbə günü baş tutub.
 
Kazım Əziz görüş barədə bunları deyib:
 
"Ərdoğana yazdığım məktubu, şeirləri verdim, dedi mütləq çatdıraram ona. Dedim nənəm o zaman Qarsdan gəlmiş, dedi nə gözəl mən də Qarsdanam. Dostluq təklif etdim, qəbul etdi, dedi siz nurlu insansız.
 
İlk öncə onun kordinatoru Fatihlə görüşdüm, əlaqə nömrəsini verdi. Daha sonra Yalçın Topçu ilə qısa görüşümüz oldu. Dedi Ərdoğanla 2013 -cü ildə baş nazir olarkən görüşünüz barədə olan məktubu da gətir axşam 5 -də gəl ətraflı söhbət edərik. Dedim Rəisə şüarlar səsləndirdim, özü mənə yaxınlaşdı öpdü məni, dedi sənin kimi qiymətli insanı mən də öpərəm. Haqqımda yazılan və öncəgörmələrim olan qəzetləri göstərdim, bir saata yaxın söhbət etdik. Əsas mövzu kimliyim və gələcək işlərimlə bağlı oldu. Qars dəmiryolunun açılışını da təsadüf olmadığını, yəni mənimlə bağlı olduğunu bildirdim. Dedi sizin haqqda böyükelçimiz Erkan Özoral məni məlumatlandırıb, şeirlərinizi də verib mənə.
 
Ötən ayın 25 -də səfir məni qəbul etmişdi, şeirlərimi onda vermişdim ona. Yalçın Topçu ilə 2 ci görüşüm ərəfəsində oteldə mənə Ak Parti millət vəkili Metin Gündoğdu yaxınlaşdı. Onunla da Qarabağla bağlı, Ərdoğanla bağlı xeyli söhbət etdik və hər ikisinə də bildirdim ki, Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər. Onun Trampa və Putinə hökmü çatmaz, amma mən Allahın adı ilə hər ikisini də ədalətli olmağa çağırıb, xəbərdarlığımı da edə bilərəm. Çünki onlara milyardlardan, hakimiyyətdən çox həyatları vacibdir. Hər insanın həyatı da Allahdan asılıdır. Məni kəskin şəkildə inkar edən və qəlbimə toxunan 100 -dən çox məmurlar və məhşurları ona deyib bir qismini sənədlərlə, faktlarla sübutunu göstərdim. Nə mənim bütün peyğəmbərlərə bənzərliyim, nə türk sultanları babamın adı ilə (Abdul Aziz) və atamın adı ilə (Abdul Hamid) nə də öz adım (Qara Bəkir Kazım Paşa, Karsın qəhrımanı, qərbi Azərbaycanın xilaskarı) nə də Quranın mahiyyəti həmd surə olması (atam Həmid anam Surə olduğu kimi) təsadüf deyil. Odur ki Türkiyənin xilasını, Qarabağın işğaldan azadlığın, islamın Türkiyənin ətrafında birləşməsini, terrorun sonunun, Türkiyənin dünyada söz sahibi olmasını və Amerika, Avropa, Rusiyanın Türkiyə ilə hesablaşmasını istəyirsizsə məni Rəislə görüşdürün."

Загрузка...
Загрузка...