"İki günlük Bakı təssüratlarının həyəcanından sonra, sanki məndə Bakı haqqında düşüncələrim bir anda dəyişməyə başladı."

 
İslaminSesi sizə Formula-1 yarışlarına gələn fotoqraf Puerrttonun təssüratlarını təqdim edir. 
 
"Formula-1 yarışlarında iştirak etməzdən öncə bu şəhərdə qeyri-adi nəsə axtarmaq eşqi ilə gəzməyə çıxdım. Yollandım  şəhərin tarixi mərkəzindən 7 kilometr aralıda yerləşən Bibi-Heybət məscidinə. Ora isti hava altında piyada getməli oldum, çünki Formula-1 yarışlarına görə hökumət ora gedən bütün avtobusları yığışdırmışdı. Məndən sağ tərəfdə neft qüllələri , daha sonra Xəzər dənizi, sol tərəfdə isə keçəl dağlara qədər uzanan qəbirstanlıq var idi. Bu 40 dərəcəlik istidə susuzluqdan yandığıma görə özümü divarların o tayına verdim ki, hardansa su tapım alım. Divarın o tayında gördüklərim isə məni dəhşətə saldı: Bura nəinki xarabalıq bir məskən idi, həm də insanın gözlərini yaşardacaq neft tullantıları ilə dolu idi. Mən ora çatanda insanlar mənimlə maraqlandılar ki, jurnalist deyiləmmi. Onlar şikayətlənirdilər ki, onları orada məhv edirlər.  

 
Neft yataqları düz Bibi -Heybət məscidinin yolundan sonra başlayır. Bu məscid çox gözəldir, lakin bu barədə daha sonra danışacam. 
 
 

 
Heç özüm də bilmirəm ora- neft çıxarılan yerə necə gedib çıxa bildim. Ola bilsin ki, mən daha qısa yol axtarırdım, ona görə oranı tapa bildim.  Ordan keçərkən çayırlıqda ayaqlarıma o qədər otlar və tikanlar dolmuşdu ki, indi də onları təmizləyirəm. Burada neft ağalığı SOCAR-a məxsusdur ki, onlarla mənim elə Gürcüstanda rüşvət üstündə bir dəfə qalmaqalım olub. 
 

 
Ümumiyyətlə maraqlı idi, axı mən heç neft çıxarılmasını görməmişdim. 
 
 

 
Amma bütün avadanlıqlar və ləvazimatlar o qədər köhnə və paslı idilər ki...
 

 
Bax elə burdaca mən 6 nömrəli rayonu aşkarladım. Bakıda rayonların adı yoxdur, hamısının özlərinin nömrələri var. 
 

 
Buranın xarabalıq, baxımsız və geceqondu olduğu bəllidir, lakin problem bununla bitmir. Burada hava ciddi şəkildə kimyəvi bir maddə qoxusu verir. Bir tərəfdə hey neft çıxardırlar, hər tərəfdən neft kəmərləri keçir. Zaman-zaman borularda gurultu eşidilir, havaya qaz sovrulur. Məni görən sakinlər küçəyə tökülüşdülər. Ay aman siz jurnalistsiniz? Siz bura necə gəlib çıxa bilmisiniz?
 
İnsanda sanki bir hiss yaranır ki, onlar sanki ilk dəfədir ki, əcnəbi görürlər. Halbuki bura şəhərin mərkəzindən cəmi 30 dəqiqəlik piyada yoldur. Mən onlara bildirdim ki, mən sadəcə olaraq özüm üçün gəzirəm və su almaq istəyirdim. Artıq məni yanımda 20-ə yaxın adam toplaşmışdı. Hamısı dil-boğaza qoymadan danışırdı ki, SOCAR onları məhv edir. Uşaqların ağciyər xəstəliklərindən əziyyət çəkdiyini və insanların əksəriyyətinin xərçəngdən öldüyünü söylədilər. Mən isə onlara sadəcə olaraq bir turist olduğumu söylədim və bildirdim ki, əlimdən gələni edəcəm. Mənim əlimdən gələn isə bütün bunları yazmaq və "İkinci Dubay" iddiası ilə çırpınan hakimiyyəti utandırmaqdı. 
 

 
Bir daha qeyd edirəm ki, bura Bakının mərkəzindən-gözəllikdən cəmi 30 dəqiqəlik yoldadır. 
 

 
Uşaqlar burada oynayırlar,  onlar buradakı həyata alışıblar. 
 

 
Məni belə yolları çəkdiyimi görən bir kişi yaxınlaşdı və bildirdi ki, torpaqdakı sarı yapışqan məhlula diqqət edim. O bu məhlulun neft tullantısı olduğunu söylədi. Təəsüflənərək dedi ki, uşaqlar bi çirkabda oynayırlar. 
 

 
Artıq axşama doğru mən altıncı rayonu tərk etmişdim, amma hələ də oradakı havadan boğazım qıcıqlanırdı. Bu rayonun ətrafı isə hasarlanmışdı, onu heç kəs görmürdü. 
 
 

 
Lakin buradan şəhərin bu dəbdəbəli yerindən oradakı o kasıbçılıq qətiyyən görünmürdü. 50 metrlik binalardan oranı müşahidə etmək olmazdı. Amma mən nələrinsə yerində olmadığına əmin idim. 
 
 

 
Bir daha baxın! Nə isə görə bildiniz?
 Baxın bu boş binalarda heç kəs yaşamır. Bu küncə baxın. Elə bu anda məndə yeni fikir yarandı. Tipik şərqli xarakteri. Bu şəhərdə yalnız özünü göstərmək var. Halbuki hər şey maskadır. Potyomkin kəndləri kimi illuziya yaradıblar.
Mənim təssüratlarım dərinləşdikcə şəhərdə yeni kəşflər edə bilirdim. Mərkəzi küçələrdən 500 metr aralanmışdım ki, normal asfaltın olmamasının fərqinə vardım. 
İnsana daha da maraqlı gəlir. Sistem bu qədər özünügöstərmək məsələsinə fokuslanarmı?!
Evlərin fasadına baxarsan gözəl, daxilinə girərsən darmadağın. Bakının əsas hisəsi belə görünür. 
Əgər azacıq zəlzələ baş versə, bu binalar kibrit qutusu kimi dağılacaq.
 

 
Kim və ya hansı rüşvət bu cür çirkinliyə yol verir?
Bu məqaləni optimist notlarla bitirirəm. Belə çıxır ki, Azərbaycanın neft milyonları Bakının yanından ötüb. Yalnız qoyulubsa da tarixi hissələrə qoyulub.  Düzdür şəhərdə göydələnlər tikilir, lakin böhrana görə hər şey dayanıb.
 

 
Bakı məndə qəribə təssürat oyatdı. Amma bütün bunlara baxmayaraq getməyə dəyər. Maraqlı şəhərdi.