​İki bank müflis elan olundu –YENİLƏNİB

 
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli məktubuna əsasən, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi baş verib.
 
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan  bildirilib.
 
“Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq, 16 avqust banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
 
Qanunun 28.1-ci maddəsinə əsasən, 7 təqvim günü ərzində kredit təşkilatlarının qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
 
***
 
Azərbaycan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
 
Bu barədə  Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
 
Məlumata əsasən, Fond avqustun 16-dan qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.