​İki arvadını maşına kilidləyib yandırdı - DƏHŞƏT...

Baxış sayı: 
194

 
 
Hindistanda yaşayan bir adam 25 və 27 yaşlı iki arvadını avtomobilə kilidlədikdən sonra yandırıb.
 
Polis tərəfindən nəzarətə alınan adam ifadə verərək anasının həyat yoldaşlarından məmnun olmadığını deyib. Avtomobildə olduqları zaman onlarla anası haqqında mübahisə etdikdən sonra maşından düşüb və maşını yandırıb.
 
Moderator.az xəbər verir ki, avtomobil yanmağa başladıqdan sonra qadınlardan biri maşından xilas olub kömək çağırıb. Lakin cani ər arvadını tutub zorla maşına salıb.
 
Hadisədən sonra həmin cinayətkar adamın həbs olunduğu bildirilir.
 
Kamran

Загрузка...
Загрузка...