​İH-dən qovulan laçınlı məmura yeni vəzifə verildi - Foto

 
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev vəzifəsindən azad edilib.
Turaninfo.org Report-a istinadən xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
 
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
 
Qeyd edək ki, bir müddət öncə, F.Tanirverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yaymışdı. Onun hərəkəti Feysbukda və mətbuatda ciddi tənqid olunmuşdu.
 
Həmçinin F.Tanirverdiyev barəsində araşdırılma aparılması üçün Vahid Əhmədov başda olmaqla, bir çox millət vəkili Baş Prokurorluğa müraciət etmişdi.
 
Noyabrın 18-də isə F.Tanirverdiyevin adı Laçın Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən çıxarılmışdı. Onun vəzifədən azad edildiyini bu fakt təsdiqləsə də, İcra Hakimiyyətindən heç kim bu haqda mediaya danışmaq istəməmişdi.
 
***
 
Füzuli Tanirverdiyev yeni iş yerində fəaliyyətə başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə F.Tanirverdiyev özü məlumat yayıb. Fotosunu da paylaşan F.Tanirverdiyev Şirvan İnzibati-İqtisad Məhkəməsində hüquqşünas olaraq işləyəcəyini qeyd edib.

Загрузка...
Загрузка...