İdmançımız ermənini 1-ci raundda nokauta saldı - VİDEO

Əslən Sabirabad rayonunun Yolçubəyli kəndindən olan Elimət Qənimət oğlu Zeynalov Rusiya Federasiyasının Penza şəhərində təşkil olunan qaydasız döyüş üzrə turnirdə erməni idmançı Rustam Madoyanı rinqə çıxmağa peşman edib.
Azia.az xəbər verir ki, həmyerlimiz erməni idmançını 1-ci raundda nokauta salaraq, qələbə qazanıb.Bu barədə Penza şəhərində yaşayan soydaşlarımız xəbər veriblər. E.Zeynalov Azərinews.tv-yə verdiyi açıqlamasında ən böyük arzusunun ermənilərə tatami üzərində deyil, döyüş meydanında qalib gəlmək olduğunu deyib.
İdmançımız gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə bilmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
E.Zeynalova ugurlar arzulayır, erməni idmançının nokaut anının foto və videosunu sizə təqdim edirik.