“İctimai fəalı polis bölməsinə aparıblar”

“Məndən Zaur Sultanovun ölümü ilə bağlı yazdığım qeydləri silməyi tələb edirdilər” Azər Kazımov: İctimai fəal Azər Kazımov Suraxanı polisinə aparıldığı və ondan bugünlərdə Xəzər rayon polis bölmələrindən birində həlak olan Zaur Sultanovla bağlı feysbuk qeydlərini silməyi tələb edildiyini bildirir. Azər Kazımov onuda əlavə edib ki, “Səhər təqribən saat 10-11 arasi atam Kazimov Azad mənə zəng edərək dedi ki, hardasan? polislər səni axtarır harda olduğuvu de gəlib sənnən danışmaq istəyirlər?. Məndə, mayın 12-də Xəzər Rayon Baş polis idarəsində vəhşicəsinə döyülərək öldürülən mərhum Zaur Sultanovun huzr mərasimində idim. Polislər atamı götürərək gəlib məni Mirmohsum ağanın ziyarətganın yanından maşına otuzdurub Suraxanı Rayon Polis İdarəsinə apardılar. Məni aparan polis əməkdaşlarının kim olduğunu soruşdum amma ozunu təqdim etmədilər (Həmdə polis formasında yox qrajdanski formada idilər).Polis bolməsində məni NMB rəis muavinin yanına apardılar. Amma heç o rəis müavinidə ozunu təqdim eləmədi. Mənə deyir ki, sən Daxili İşlər Nazirini və əməkdaşlarını yazdığın statuslarda təhqir eləmisən. Məndə oz novbəmdə mən heç kəsi təhqir etməmişəm və etmərəm dedim. Rəis muavini təhqir olaraq mənim Zaur Sultanovun ölümüylə əlaqdara "Ramil Usubovun qoçuları" yazdığım statusda bu sozu görsədir. İndi siz deyin burda təhqir edici nə var?. Daha sonra rəis müavini yazdığım statusları silməyi məndən tələb etdi. Məndə silməyəcəm burda kimisə təhqir etməmişəm dedim. Daha sonra atamla sohbət elədi və məni ora aparan əməkdaşalrın birinə gedin bunun izahatını alın. Məndə izahat verməyəcəm dedim. Çunki heçnə qanunsuz hərəkət etməmişəm.Yenidən mənnən danışan rəis muavani bu məsələni, ictimaləşdirmə,yazığın statusları sil yoxsa səninçun çox pis olacq dedi. Məndə yenə təkrarən dedimki heçkəsi təhqir etməmişəm və heçnəyi silmərəm. Zauru oldurublər onu oldurənlər cəzasını çəkməlidi və əgər həqiqətən oldurməyiblərsə bunu ictimayətə subut etsinlər, kamera goruntulərini paylaşsınlar”.