​İCRA BAŞÇISININ YEMƏK STOLU… — Ərəb şeyxlərini heyrətə salar + FOTOLAR

 
Azərbaycanın ayrı-ayrı məmurlarının dəbdəbəli həyat tərzi  heç kəsə sirr deyil. Bogazacan korrupsiya və rüşvət girdabında boğulan məmurlarımız və ailələri vətəndaşın ac qalması barədə belə düşünmür. Hətta kömək üçün qapılarını döyən sadə vətəndaşları (onlar arasında şəhid ailələləri, Qarabağ müharibəsi veteranları da var) təhqir edərək, qovurlar.
Belə şəxslərdən biri də Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.
 
Bu günlərdə bəzi media orqanlarında Alimpaşa Məmmədovun bu il ali məktəbə qəbul olunan şəmkirli gəncləri qəbul etdiyi və onlara 40-50 manat dəyərində hədiyyə verməsi xəbəri yayıldı. Təbii ki, həm abituriyentlər, həm də onların valideynləri icra başçısının bu “diqqətindən” razı qalmayıb. Onun bu hərəkəti hətta rəhbərlik etdiyi icra strukturunda belə yaxşı qarşılanmayıb.
 
Belə ki, Şəmkir Rayan icra strukturunda çalışan  şəxslərdən biri Alimpaşa Məmmədovun bir ziyafət masasındakı fotolarını Gununsesi.info-ya yollayıb. Fotoya baxarkən, icra başçısının masasının üzərində müxtəlif təamların bolluğu diqqəti çəkir. Təbii ki, masanınü üzərindəki onlarla çeşiddə olan yeməyi icra başçısı yeyib-qurtarası deyil. Amma kasıb şəmkirli tələbələrə qıymayan Alimpaşa Məmmədov süfrəsini ərəb şeyxləri kimi bəzəyir.