İcra başçısının müavini ifşa oldu - ÖZƏL VİDEO

İcra başçısının müavini ifşa olduQasım Qasımov özünü sürücü kimi təqdim edib?
Bu gün Politika.Az xəbər portalında Şamaxının bir qrup sahibkarından aksiya xəbərdarlığı - ÖZƏL VİDEO başlıqlı xəbər yayımlanmışdır. Və həmin video xəbərin sonunda əməkdaşımız sahibkarların şikayətçi olduğu Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovla telefon əlaqəsi saxlayaraq, mövqeyini öyrənməyə cəhd etmişdir. Əməkdaşımızın zənginə cavab verən şəxs isə Qasım Qasımovun deyil, onun sürücüsü olduğunu israr etmiş və yaxın saatlarda bizimlə əlaqə saxlayacağını bildirmiş və sonda aramsız zənglərimizə cavab verməkdən yayınmışdır.
Bu gün isə Politika.Az xəbər portalı ilə əlaqə saxlayan bir qrup şamaxılı bildirmişdir ki, əslində özünü sürücü kimi təqdim edən şəxs elə Qasım Qasımovun özü olub... O etdiyi əməllərə görə cavab verməmək üçün, özünü sürücü kimi təqdim edib. Əslində isə o elə mühüm bir posta deyil, sürücülük savadına malikdir...
Şamaxı rayonundan bir qrup sahibkar Politika.Az xəbər portalına müraciət edərək, onların haqq səsini aidiyyatı orqanlara çatdırılmasını xahiş ediblər
Politika.Az xəbər portalı sahibkarların şikayəti əsasında hazırlanmış videonu təqdim edir: