İcra başçısına yaxın olan qadın həkim yenidən gündəmdə — VİDEO

Bir müddət öncə mətbuatın gündəmində olan Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova yenidən diqqət mərkəzindədir.
Ölkə.Az-a daxil olan məlumata görə, şöbə müdiri yenidən xəstəxanada ağalıq etməyə, qanunsuz göstərişlər verməyə başlayıb.
Qeyd olunur ki, mətbuatın məsələyə müdaxiləsindən sonra sakitləşən Əhmədova ona tabe olmayan ayrı-ayrı həkimləri fərdi şəkildə cəzalandırmaqda israrlıdır.
Xatırladaq ki, G.Əhmədova ilə bağlı bu ilin fevralında redaksiyamıza maraqlı görüntülər göndərilmişdi.
Görüntülərdə G.Əhmədova ilə bir pasient arasındakı dava əks olunurdu. Bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyirdi.
Qeyd edək ki, icra başçısı M.Məmmədova yaxın adam olduğundan, hətta baş həkim Yaşar Hüseynovun da ondan çəkindiyi deyilir.