"İcra başçısı özü qələt edir..." - Tolik od püskürdü

Prezident sizi o vəzifəyə kef eləməyə qoymayıb...
"İcra başçısı, sizə ayıb olsun. Cənab prezident sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyub".
Xəbər verdiyimiz kimi, prodüser Tarix Əliyev(Tolik) Xaçmazda dəfn olunan şəhidimiz 22 yaşlı Elvin Azadxan oğlu Mirzəyevin başdaşı xərclərini qarşılamaq üçün Xaçmaza yola düşəcəyini bildirib.
Lakin prodüsserin bu hərəkəti, Xaçmaz rayon İcra başçısı Şəmsəddin Xanbabayev tərəfindən birmənalı qarşılanmayıb və o, Toliki bu hərəkətinə görə təhqir edib. O, Tolik barəsində, “Tolik qələt edir. Başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır", deməsi Toliki özündən çıxarıb.
Tolik isə icra başçısına sərt cavab verib:
Tolik bunları deyib: "Deməli mən gərək nəsə yazardım ki, icra başçısı dilə gələrdi. Mən sizi tanımasam da olar, əsas odur ki, Azərbaycanda işimlə tanınan prodüserəm. İkincisi də , mən sizdən çox xeyir işlər görmüşəm. Və bunu məcburən yazıram ki, sizə çatdırsınlar. Əgər mən sizn vəzifədə olsaydım, bəlkə də indi etdiklərimdən min dəfə artığını edərdim. Bir də ki, qələti mənə siz yedizdirə bilməzsiniz. Siz kimsiniz ki, mənə irad tutursunuz. İcra başçısı özü qələt edir, nə yaxşı yadınıza düşdü? Nə yaxşı yadınıza düşdü ki, şəhidlərin məzarını düzəltmək lazımdır. Ayıb olsun ona! Amma mən Azərbaycan vətəndaşı olaraq sizdən nə isə tələb etməyə haqqım var. Cənab prezident sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyub. Bunu unutmayın. Allah məndən razı olsun. Bəlkə də yazmasaydım, belə reaksiya verməyəcəkdiniz. Xahiş edirəm, Vətən uğrunda canından keçən şəhidimizin qəbir daşını bir həftəyə düzəldin, mən də gəlib ziyarət edim, sizə çox sağolu buradan bildirim".