İcra başçısı cəbhədəki atışmadan danışdı

Erməni silahlı birləşmələri Tərtər rayonunun cəbhəyanə ərazilərini iriçaplı silahlardan atəşə tutub.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində bir ev tamamilə dağılıb.
İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə gecə saatlarında düşmən susdurulub. Hal-hazırda vəziyyət sabitdir.