​İcra başçıları, akademiklər Zöhrə Abdullayevanın ad gününə AXIN ETDİ - ÖZƏL GÖRÜNTÜLƏR

Baxış sayı: 
510

Əməkdar artist Zöhrə Abdullayeva paytaxt məkanlarının birində özünə təmtəraqlı yubiley keçirib.
Publika.az xəbər verir ki, gecəyə xeyli insan qatılıb. Onların arasında müxtəlif rayonların icra hakimləri, akademiklər, həkimlər, bir sıra nüfuzlu şəxslər və müğənnilər olub.
Gecəyə qatılanların sayı gözləniləndən çox olub. Belə ki, Əməkdar artist əlavə masalar açdırmaq məcburiyyətində qalıb. Doğum gününə qatılan sənətçilər musiqiləri ilə gecəyə qatılanlara xoş anlar yaşadıb. Zöhrə Abdullayeva qonaqlarını bir-bir təqdim edərək, onlara öz təşəkkürünü bildirib. Hədiyyə yağışına tutulan sənətçi yaşını da gizlətməyərək 65 yaşa qədəm qoyduğunu bildirib. Eyni saç düzümündən vazkeçməyən sənətçi doğum günündə iki paltar dəyişib.
Gecədən özəl fotoları təqdim edirik:


Pərviz Hüseyn
 

Загрузка...
Загрузка...