“İclasda arvadının sinəsindən danışırdı” – Sabiq prezidentin sözçüsü

 
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi ilə bağlı yeni faktlar üzə çıxıb.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Sarkozinin sabiq sözçüsü Patrik Buisson yenicə dərc etdirdiyi kitabında keçmiş prezidentlə bağlı bəzi fikirlər səsləndirib.
 
Onun sözlərinə görə, Sarkozi hər zamanı həyat yoldaşı Karla Bruninin sinəsi ilə öyünüb: "Hətta bir dəfə Nazirlər Kabinetinin toplantısında arvadının sinəsindən danışan Sarkozi çıxışının sonunda nazirlərə sual ilə müraciət edib: Siz də mənimlə eyni fikirdə deyilsiz?"